Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-02-2016 15:10 | Bölmə: Siyasət
"2000-ci il parlament seçkiləri ərəfəsində Əli Kərimli hakimiyyətlə sıx təmasda olub".
Reyting.az xəbər verir ki, bu sözləri Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib
ki, həmin vaxt Əbülfəz Elçibəy məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir
yerdə namizədlərini irəli sürsünlər:"Bunu AXCP də, Müsavatda olanlar
da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər,
Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən
namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan
Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat
danışıqlara getdi və beləliklə, "Müsavat”la olan koalisiyanı pozdu. Həmin
dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "Yurd”çulara və "Klassik”lərə bölündü. Məhz onun iqtidarla öz
müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli
Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının
proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının
toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.
S.Novruzov deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə yüksək vəzifəli rəsmi
şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bəyan edib:"Görüş
yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların
iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun
yanındakı "Xankəndi” restoranı idi. Əli Kərimlinin bu əməllərinin
şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur.
Cəmil Həsənli, o dövrdə AXCP-nin
funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda
iştirak edənlər var.
Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı
şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli
sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə,
xalq dilində desək, "dilindən yazılı iltizam vermişdi”.
S.Novruzov onu da deyib ki, Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz
təşkilatını qeydiyyatdan keçirmək üçün Ə.Kərimli iqtidarla bütün danışıqlara
gedib:"Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə
sübuta yetirməyə hazıram”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər