Tarix: 09-12-2016 11:23 | Bölmə: Siyasət
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar.
ATƏT-in mətbuat xidmətinin yaydığı bəyanatda deyilir:
"Biz – Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransa xarici işlər naziri Jan-Mark Eyro - Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu iləhəllinə tam sadiq qalırıq.
Aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən, ağır silahlardan istifadədən, o cümlədən güc tətbiqi barədə yayılan məlumatlardan narahatlığımızı bildiririk vəgüc tətbiqi vəya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik.
Bu münaqişənin hərbi yolla həlli yoxdur və dinc əhalinin öldürülməsi və yaralanması yolverilməzdir.
Biz aprel ayında döyüş meydanında törədilmiş zorakılıqlardan xəbərdarıq və bunu şiddətlə pisləyirik.
Biz tərəfləri, region xalqlarını barışığa aparan yeganəyol kimi, sülh yolu iləhəllə çağırırıq.
Biz həmçinin münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının əsasını təşkil edən 1994/95-ci il atəşkəs haqqında razılaşmaya sadiq qalmağa çağırırıq.
Biz İrəvan və Bakını Vyanada 16 may tarixində və Sankt-Peterburqda 20 iyun tarixində keçirilən yüksək səviyyəli görüşlərdə qəbul olunan bəyanatlarda əks olunan razılaşmalara hörmətlə yanaşmağa çağırırıq.
Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tərəflər arasında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin həyata keçirilməsində irəliləyişi alqışlayırıq.
Biz tərəfləri ATƏT-in hazırkısədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində maneələri aradan qaldırmağa və insidentlərin araşdırılmasına dair mexanizmin yaradılması təklifi üzrəirəliləyişə nail olmağa çağırırıq.
Təkliflər münaqişənin nizamlanması üzrə danışıqların dərhal bərpası ilə birlikdə həyata keçirilməlidir.
Biz Azərbaycan və Ermənistan liderlərinə çağırışlarımızı təkrarlayaraq, çeviklik nümayiş etdirməyə və hazırkı işçi təkliflərin əsasında dayanıqlı sülhə doğru irəliləmək məqsədilə danışıqlar masasına qayıtmağa çağırırıq. Danışıqlar prosesində irəliləyişə nail olunmayacağı təqdirdə zorakılığın təkrarlanması perspektivləri yalnız artacaq və tərəflər buna görə tam məsuliyyət daşıyacaq”.
Bəyanatda tərəflərə xatırladılır ki, münaqişənin həlli Helsinki Yekun Aktının əsas prinsiplərinə, yəni:
– güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi və həmsədr ölkələrin prezidentləri tərəfindən təklif olunan əlavə elementlər, o cümlədən, Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması;
– Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi;
– Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;
– gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi;
– bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ;
– və sülhməramlı əməliyyat da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatına əsaslanmalıdır.
Bəyanat müəllifləri daha sonra qeyd edirlər ki,tərəflərlə sıx əməkdaşlığı davam etdiriləcək və tərəflər vasitəçi kimi Minsk Qrupu həmsədrlərinin yardımından tam istifadə etməyə çağırılır:
"Həmsədr ölkələr Ermənistan və Azərbaycan prezidentlərinin, onların buna hazır olacaqları təqdirdə, görüşünü keçirməyə hazırdır.
Biz qətiyyətlə əminik ki, prezidentlər ilk fürsətdə xoşməramlı danışıqlar aparmalıdırlar. Həmsədrlərin vasitəçiliyi ilə prezidentlər arasında mütəmadi və birbaşa danışıqların aparılması etimadın möhkəmlənməsi və sülh prosesinin irəliləməsi yolunda mühüm elementlərdən biri olaraq qalmaqdadır".(APA)
Bölməyə aid digər xəbərlər