Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-02-2016 16:38 | Bölmə: Siyasət

Manatın 2015-ci ilin fevralında birinci devalvasiyasından sonra bir neçə müxalifət təşkilatları etiraz mitinqləri keçirdilər. Ötən ilin dekabrında Azərbaycanda milli valyutanın ikinci və daha kəskin devalvasiyası oldu. Bu devalvasiya və neftin qiymətinin də ucuzlaşması ölkədə birinci devalvasiyanın vurduğu zərbədən qat-qat ağır zərbələr vurmaqdadır. Kəskin bahalıq, iş yerlərinin ixtisara düşməsi ölkə əhalisinin iqtisadi durumunu ağırlaşdırır.
Nəticədə narazılıq çoxalır. Ancaq müxalifət partiyaları birinci devalvasiyaya qarşı mitinq keçirdikləri halda nədənsə indi heç bir etiraz aksiyası təyin etmirlər. Bəziləri bunu müxalifətin ölkədə qarışıqlıq düşməsini istəməməsi, bəziləri gözləmə mövqeyinə keçməsi, bəziləri isə keçənilki mitinqlərə az adam qatılması təcrübəsinin təkrarlana biləcəyindən ehtiyatlanması ilə əsaslandırırlar.
Hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə axırıncı əsaslandırmanın doğru olduğunu düşünür. Aydın Mirzəzadə "Yeni Müsavat”a açıqlamasında bildirib ki, müxalifət partiyaları sosial bazalarının zəiflədiyini bilirlər:"Bir-iki il bundan əvvələ qədər vaxtaşırı mitinqlər keçirirdilər. Hər dəfə mitinqə gələnlərin sayında azalma müşahidə olundu. Keçən il sonuncu dəfə keçirdikləri mitinqə 200 adam qatılmışdı. Ona görə də, hər halda, özləri də fərqindədirlər ki, sosial bazaları çox zəifdir və bu cür sosial baza ilə mitinq keçirmək mənasızdır.
Onlar bilməlidirlər ki, əsas məsələ mitinq keçirmək deyil. Əsas məsələ hansısa məsələyə öz ciddi təklifini ortaya qoymaqdır. Ciddi təkliflərin ortaya qoyulacağı halda qəbul edilməsi daha realdır. Nəinki kiçik mitinqlər keçirib orada səslənən populist bəyanatlar".
Müxalifətin növbədənkənar seçkilərin keçirilməsi təklifinə gəlincə, A.Mirzəzadə deyib ki, siyasi çırpıntalara keçilmək heç vaxt heç bir ölkəyə uğur gətirmir. Azərbaycanda artıq oturuşmuş dövlət var. Azərbaycanda kifayət qədər təcrübəsi olan demokratiya var:"Növbəti seçkilərin də vaxtı bəllidir. Müxalifət həmin seçkilərə hazırlaşsın. Sadəcə olaraq, müxalifət düşərgəsi özü də bilir ki, seçkidə uğur əldə etmək üçün yetərli gücləri, potensialları yoxdur. Növbəti seçkilər keçiriləndə yenə də YAP qələbə qazanacaq. Çünki YAP-ın sədri olan cənab prezidentin fəaliyyəti ilk növbədə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, beynəlxalq səviyyədə siyasi nüfuzunun artmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına yönəlib. Cəmiyyət də bunu görür. Əksəriyyət də bu siyasəti dəstəkləyir. Müxalifət bu gün nə seçkiyə, nə də cəmiyyətin etimadını qazanmağa hazırdır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər