ABŞ Bakıya nümayəndə heyəti göndərir
Tarix: 26-01-2017 13:55 | Bölmə: Siyasət

 

ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti "Cənub qaz dəhlizi” layihəsinin Məşvərət Şurasının üçüncü iclasında iştirak edəcək.

Reyting.az-ın xəbərinə görə, bunu Trend-ə ABŞ-ın Bakıdakı səfirliyindən bildiriblər.

Səfirlikdən qonaqların adları və vəzifələri barədə açıqlama verilməyib.

Qeyd edək ki, "Cənub qaz dəhlizi” layihəsinin Məşvərət Şurasının üçüncü iclası Bakıda fevralın 23-də keçiriləcək.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər