Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 31-01-2017 16:06 | Bölmə: Siyasət

"Azərbaycanda çox önəmli struktur və kadr islahatları aparılacaq”.
Bu sözləri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov Azərbaycan prezidenti İlham Əliyevin "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans"dakı çıxışını şərh edərkən deyib.
V.Əhmədovun sözlərinə görə, İ.Əliyev bir çox vacib islahatlar edəcək: "3 dəfə (2004-2008, 2009-2013 və 2014-2018-ci illər) Azərbaycanın regionların iqtisadi inkişafı proqramı qəbul olunub. Dünən keçirilən konfrans üçüncü proqram idi.
İki proqramın əsas məqsədi regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi olub. Yəni regionlarda qaz, işıq, su və digər sistemlərin həyata keçirilməsi.
Üçüncü - bu əsas proqramda əsasən regionlarda istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı və s. kimi bu sahəyə daha çox diqqət ayrılıb”.
V.Əhmədov ölkə başçısının 2016-ci ilin yekunları ilə bağlı iclasda bu
məsələyə toxunduğunu xatırladaraq deyib ki, həmin tədbirdə regionların iqtisadi inkişafı üçün öndə duran bütün
məsələlərə nəzər yetirilib:"Bu istiqamətdə həm cəmiyyətə, həm nazirlərə, həm də
icra başçılarına mesajlar da verdi. Hesab edirəm ki, belə görüşlərin
keçirilməsi sahibkarlar və konfransda olan hökumət məmurları üçün böyük
əhəmiyyət kəsb edir. Çünki cənab prezident orda birbaşa onlara göstərişlər
verdi. Hətta iclasda prezident kənd təsərrüfatı ilə əlaqədar konkret nə qədər
torpaq sahəsi verilməsinə, hansı rayonlarda su təsərrüfatının yenidən
çəkiləcəyinə çox ciddi toxundu. Göstərişlər verdi, bildirdi ki, deyilən bütün
məsələlər nəzarətdədir. Bu məsələlər vaxtlı-vaxtında yoxlanılacaq. Prezident İlham Əliyev
konkret olaraq bu məsələlərə şəxsən özü müdaxilə etdi”.
Deputat bildirib ki, prezidentin növbəti dəfə məmurlara xəbərdarlıq etməsi önəmli məsələlərdəndir:
"Cənab prezident konfransda məmur-xalq münasibətinə də ciddi toxundu. Bildirdi ki, məmur xalq üçün işləməli, xalqın yanında olmalıdır. Bu məsələ də çox ciddidir. Belə bir konfransların keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə iqtisadiyyat üçün əhəmiyyətlidir ki, orada bəzi məsələlər həll olur.
Nazirlər sahibkarla görüşür, sahibkarlar lazım olanda öz məsələlərini qaldıraraq onların həllinə çalışırlar. Ona görə də bu konfransların əhəmiyyəti böyükdür”.
V.Əhmədov vurğulayıb ki, prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır:
"Cənab prezident "strateji yol xəritəsi”ni təsdiq edib. Bu, çox əhatəli və böyük bir proqramdır. Bu xəritə ilə əlaqədar olaraq Azərbaycanda onun həyata keçirilməsi üçün çox ciddi islahatlar start götürüb. Biz gözləyirik ki, artıq Azərbaycanda struktur və kadr islahatları həyata keçirilsin. Bu proqramı həyat keçirmək mümkün olsun. Çünki proqram ağırdır. Yəqin ki, cənab prezident müəyyən islahatlar aparacaq. Həmçinin kadr islahatlarına start verəcək. Müəyyən dəyişikliklər gedəcək ki, bu proqram həyata keçsin.
Prezidentin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır. Azərbaycanda neftin istehsalatı müəyyən qədər azalıb. Buna görə də qiymət düşüb. Ona görə Azərbaycana əlavə vəsaitin, yəni dolların gəlməsi üçün ixrac yönümlü məhsulların sayı artırılmalıdır. Bu da ən ciddi və önəmli məsələlərdən biridir. Bu planların həya keçirilməsi üçün bir daha göstərişlər verildi ki, bunların hamısı nəzarətdədir. Yerli icra hakimiyyəti orqanları, nazirlər və sahibkarlar bunu anlamalıdır”.(Mənbə: BakiPost.az)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər