ATƏT sədri: “Münaqişələrin nizamlanmasına kömək etməyə çalışacağıq”
Tarix: 04-02-2017 16:19 | Bölmə: Siyasət

"Həll olunmamış münaqişələrin nizamlanmasına kömək etməyə çalışacağıq”.

Bunu Kişinyovda keçirdiyi brifinqdə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib.(RİA Novosti)

O qeyd edib ki, ATƏT-in əsas məqsədi Dnestryanı münaqişənin həllidir. ATƏT sədrinin sözlərinə görə, problem Moldovanın ərazi bütövlüyü çərçivəsində Dnestryanı bölgəyə xüsusi status verilməklə çözülməlidir.

"Dnestryanı bölgəyə xüsusi hüquqi statusun verilməsi münaqişənin həllinə kömək edəcək”, - deyə o vurğulayıb.(İstinad mənbəyi:APA)





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər