Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-02-2017 17:25 | Bölmə: Siyasət
"Hərdən müxtəlif çıxışlar olur. Biri deyir cənab prezident vitse-prezidentləri mart ayında təyin edəcək. Sən münəccimsən, yoxsa prezident vitse-prezident
vəzifəsində kimi, nə vaxt təyin etməklə bağlı səndən məsləhətmi alır? Bu, prezidentin
konstitusion səlahiyyətidir. Nə vaxt istəsə, o vaxt təyin edə bilər. Digər məsələlər də eləcə”.
Reyting.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, hökumətin formalaşması prezidentin səlahiyyətinə daxildir. Prezident seçiləndən sonra hökumət buraxılır, yenidən formalaşdırılır: "Kimi məsləhət bilirsə, vəzifəsində saxlayır, başqasının yerini dəyişir, yaxud məsləhət bilmədiyi adamı heç təyin etmir. Görürsən biri durub deyir ki, komanda dəyişməlidir. Sənin komandaya nə iradın var?
Mən həmişə onun tərəfdarı olmuşam ki, konkretlik olsun. Yəni bu sahə zəifdir, işləmirsə, açıq deyilsin. Ümumi götürəndə işləyənlə işləməyənin haqqı bir-birinə qarışır. Elə sahə var ki, ümumiyyətlə, işləmir, heç onun adını çəkmirlər. Ancaq elə sahə də var, işləyir, qəsdən onu "vurmağa” çalışırlar ki, bu, niyə işləyir?”.
S. Novruzov deyib ki, bəzi adamlar yeni taktika seçiblər: "Prezidenti tərifləyək və bundan özümüzə qalxan yaradaq, yerdə qalanları tənqid edək. Mən də dedim ki, konkret sahədən danışın, ad-soyad çəkin, qoy ictimaiyyət də bilsin. Məsələn, hökumətin hesabatı olur, bir naziri tərifləyir, sonra da deyir mən hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Bu da hökumətin üzvüdür də. Bu, köhnə işlənilmiş taktikadır, məlumatımız var. Söhbət ümumi komandanın fəaliyyətindən gedir, ona da nəzarət cənab prezidentdədir. Cənab prezident də kim çalışırsa, onunla əlaqədar qərar qəbul edir, vəzifəsini böyüdür, başqa işə keçirir, çalışmayan haqqında da qərarını verir, vəzifədən azad edir. Hətta korrupsiya və rüşvətlə məşğul olan haqqında da cinayət işi qaldırılır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər