Fuad Əliyev Belarus prezidentinə məktub göndərib
Tarix: 08-02-2017 15:30 | Bölmə: Siyasət

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Belarus prezidenti Aleksadr Lukaşenkoya təşəkkür məktubu göndərib.

Azərbaycan Liberal Demokrat Partiyasının üzvləri və öz adından Aleksandr Lapşının Azərbaycana ekstradisiyası məsələsində prinsipiallığına qörə Belarus prezidentinə təşəkkürünü bildirən F.Əliyev məktubunda yazıb ki, təzyiqlərə baxmayaraq, Siz bir daha sübut etdiniz ki, müstəqilsiz və müstəqil Belarus Respublikanın prezidentisiz:

"Hörmətli cənab Prezident!

Belarus xalqının Sizə böyük hörmətinin və etimadının olduğunu şəxsən bilirəm.

Dünya liderləri sırasında xüsusi yeriniz var və Azərbaycan üçün bu prinsipial məsələdə Siz bunu bir daha sübut etdiniz”.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər