Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-02-2017 12:50 | Bölmə: Siyasət

Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər bu gün Milli Məclisin iclasında tənqid olunub.
İclasda deputat, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev çıxış edərkən Fransanın mövqeyini pisləyib.
"Fransa prezidenti erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməyin əsas prinsip olduğunu bildirib. Bununla da o, Ermənistanın tezisini təkrarlayıb. Təəssüflər olsun ki, Fransa prezidenti bir az da qabağa gedərək Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü də təşkil edəcəyini bildirib. Fransua Olland faktiki olaraq Ermənistana dəstəyini ifadə edib”.
Azay Quliyev vurğulayıb ki, bu, yolverilməzdir. O xatırladıb ki, Fransa bununla Dağlıq Qarabağdakı separatçılara dəstəyini ifadə edib.
"Heç kim düşünməsin ki, Fransa prezidentinin səlahiyyətlərinin bitməsinə 2 ay qalmış müddətdə belə bəyanat verməsi ermənilərin könlünü almaq məqsədi daşıyır. Əsla belə deyil. Fransanın həyata keçirdiyi siyasət birmənmalı şəkildə həmişə erməniləri dəstəkləməkdən ibarət olub. Təkcə statistyikaya baxsaq görərik ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri daha çox Fransa vətəndaşları ediblər. Bugünkü separatçı rejimlə ən çox əlaqə quran Fransadır. Buna görə də, bu, bizi kifayət qədər narahat edir. Fransanın beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə açıq şəkildə hörmətsizlik etməsi cavabsız qalmamalıdır. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması elə da sadə prosedur deyil. Fransanın mövqeyinə görə diplomatik addımlar atılmalıdır. Ən azından Fransaya etiraz notası göndərilməlidir. Bizim Xarici İşlər Nazirliyi məsələyə adekvat cavab verməlidir”.
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, Fransua Ollandın çıxışı tam tərkibdə verilməyib.
"Bəzi mətbuat orqanları erməni mediasından götürüb çıxışı veriblər. Ermənilər isə o çıxışı təhrif ediblər. Ancaq sizinlə razıyam ki, Madrid prinsiplərinə istinad edərək deyib ki, xalqlar öz müqəddəratını təyin etməlidir”.(Modern.az)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər