Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-02-2017 16:34 | Bölmə: Siyasət

"Amnesty İnternational”ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir.
Reyting.az-ın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Amnesty İnternational” təşkilatının Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirərkən söyləyib.
Hikmət Hacıyev deyib ki, bəs görəsən niyə "Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Cingiz Qurbanovun meyitinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən girov götürülmüş və fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir?
H.Hacıyev qeyd edib ki, hər bir fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan "Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb.
"Sırf hüquqi müstəvidə olan Aleksandr Lapşin məsələsinə "Amnesty İnternational”-ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır. Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, A.Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, "Amnesty İnternational”ın A.Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülünc doğurur”,-deyən XİN sözçüsü bildirib ki, "Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş "GONGO” təsiri bağışlayır.(Mənbə: Report)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər