Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-02-2017 14:51 | Bölmə: Siyasət

"Xocalı soyqırımını törədən cinayətkarlar indiyə qədər məsuliyyətə cəlb olunmayıblar. Azərbaycanın tarixində ermənilər tərəfindən Azərbaycan xalqına qarşı çox geniş miqyaslı cinayət, soyqırım aktları törədilib”.
Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, 20-ci əsrin sonunda belə bir cinayətin törədilməsi ağlabatan deyildi:
"Çünki müasir sivilizasiya ən azından bunu məntiqlə qəbul edə bilmirdi. Buna baxmayaraq bu cinayət ermənilər tərəfindən törədildi. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər xronologiyasında ən ağırı idi. Bu, Ermənistan tarixində qara bir ləkədir”.
X.Xələfov düşünür ki, Ermənistan buna cavab verməli olacaq: "Bizim borcumuz ondan ibarətdir ki, bu gün Xocalı soyqırımına təkcə siyasi qiymət vermək yox, həm də onun hüquqi qiymətinin verilməsini təmin edək. Bunun üçün Azərbaycan qurumları öz fəaliyyətini davam etdirməli, beynəlxalq qurumlar bu işə cəlb olunmaldır. Bu istiqamətdə araşdırmalar aparılır və düşünürəm ki, beynəlxalq qurumların cəlb olunması ilə bu cinayətə qiymət vermək üçün müəyyən bir hüquqi mexanizm yaradılması mümkündür”.
Nazir müavini qeyd edib ki, tanınmış beynəlxalq hüquqsünaslar bu işə cəlb olunmalıdır ki, tribunal vasitəsi ilə bu cinayətkarlar məsuliyyətə cəlb olunsunlar:
"Azərbayacan xalqının və dövlətinin buna potensialı çatacaq və bu gün inkişaf edən dövlətimizin bu istiqamətdə apardığı işlər son nəticədə Xocalı şəhidlərinin qanını yerdə qoymayacaq, cinayətkarlar cəzalarını alacaq”.
Dünən cəbhədə baş verənlərlə bağlı da danışan Xələf Xələfov, bu hadisələri Erməsindən tərəfinin törətdiyi təxribatların seriyası kimi dəyərləndirib:
"Bütün dövrlərdə nə vaxt ki danışıqlar prosesi konkret məcraya yönəlir vənəvaxt ki Ermənistan sülh prosesini davam etdirmək üçün addımlar atmaldır, işğal olunmuş əraziləri boşaltmaldır, onda bu təxribatlar daha da güclənir.
Növbəti təxribatlar Ermənistan tərəfindən danışıqlar prosesini yayındırmaq məqsədi ilə həyata keçirilib, ikinci isə dünya artıq Ermənistanın "şıltaqlığından” doyub, "status-kvo” dəyişməlidir, işğal olunmuş ərazilər azad edilməlidir ki, regionda sülhə nail olunsun.
Ona görə də bu təxribatların sonu yoxdur, bütün dünya ictimaiyyəti də, qonşularımız da yaxşı bilir ki, Azərbaycanın torpaqlarını işğal etmək, ilhaq etmək, onu mənimsəməyə Ermənistanın potensialı yoxdur. Azərbaycan xalqı hər zaman o potensiala malikdir ki, öz torpaqlarını azad etsin. Biz bunu edəcəyik, amma Azərbaycan sülhsevər dövlətdir, biz bu məsələni qan tökməklə yox, sülh yolu ilə həll etmək istəyirik və dünya ictimaiyyətindən tələb edirik ki, Ermənistanın təcavüzkar siyasətinə son qoyması üçün addımlar atsın.
Bu gün dünyada bir çox nümunələr var ki, dövlətlər özü sülhə gəlməyəndə onu sülhə vadar edirlər. Bu gün həmsədrlər, prosesə cəlb olubmuş digər dövlətlər Ermənistanı sülhə vadar etməlidir. Vəziyyətin bu cür qalması region üçün çox böyük təhlükədir. Ona görə də məsuliyyəti dərk edən hər bir ölkə Ermənistanın cinayətkar əməllərinə son qoyulmasını tələb etməli, ən azı, danışıqlar prosesinə yeni implus verilmədir və hadisədə əsas fokus işğal olunmuş ərazilərin azad olunmasına yönəlməlidir. Çünki bu addımlar atılmasa, regionda etimad tədbirləri olmasa, sülhə nail olmaq mümkün deyil. Mən bilirəm və inanıram ki, gec-tez Ermənistan bir dövlət kimi dərk edəcək ki, bu cür avantürist siyasətlə nə dövlətin, nə də millətin gələcəyini təmin etmək mümkündür. Bu regionda sabit, normal yaşamağın, inkişaf prespektvinə nail olmağı yeganə yolu işğal olunmuş ərazilərin azad olunmasından keçir, regionda sülh danışığından keçir, regionda sülh barışığından keçir və etimad tədbirlərinin gücləndirilməsindən keçir”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər