Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-03-2017 11:29 | Bölmə: Siyasət

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları adından bir qrup məcburi köçkün qadın (100 nəfər) Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransa prezidenti Fransua Oland, Fransa Milli Assambleyasının prezidenti Klod Bartolon və Fransa Senatının sədri Gerard Larçerə məktub ünvanlayıb.
Fransua Olanda ünvanlanan məktubda deyilir:
"Siz 8 mart 2017-ci il tarixində beynəlxalq qadınlar günü bayramında xüsusi amansızlıqla azərbaycanlı qadınlarının qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı Parisdə qəbul edəcəksiniz.
Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan Prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəni beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, "Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin”.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları Fransa rəsmilərindən ədaləti dəstəkləməyi, beynəlxalq hüququn, tarixi ədalətin və onların insan hüquqlarının öz tarixi və doğma torpaqları olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş ediblər.
"Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan Prezidentinə təzyiqlərini artıracaq”,-deyə müraciətdə qeyd olunub.
Müraciət Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından İcmanın bir qrup qadınları tərəfindən imzalanıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər