Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-03-2017 11:08 | Bölmə: Siyasət

"Qaçqın və məcburi köçkün problemlərinin həlli ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, ikili standartlara son qoyulmasını, birgə humanitar səyləri vacib edir”.
Bu sözləri Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bildirib ki, bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial durumunun yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq onların problemi torpaqlar azad ediləndən sonra tam həllini tapacaq. Azərbaycan hökuməti bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Azərbaycan hökuməti keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlayıb".
X.Xələfov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi Çıraqov və digərlərinin işi ilə bağlı qərarında Azərbaycanın ərazi bütövlüyünün bərpasına çağırıb:
"AŞPA-nın qətnamələrində də Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş əraziləri qanunsuz narkotik vasitələrin və silah alverinin məkanına çevrilib. Dünya bu məsələdə vahid mövqedən çıxış etməyənə qədər transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə effektli olmayacaq. İkili standartlarla yanaşma müşahidə olunur, bu da Dağlınq Qarabağ münaqişəsinin həllinə mane olur. Ermənistan ərazilərimizdə məqsədli məskunlaşma siyasəti həyata keçirir, məcburi köçkünlərin torpaqlarına qayıtmasına mane olmağa çalışır. Ermənistan tərəfindən soyqırım və insanlığa qarşı cinayətlər törədilib. 1992-ci ildə Xocalı şəhərində əhaliyə qarşı soyqırım törədilib. Bu soyqırım bir sıra dövlətlər tərəfindən soyqırım kimi tanınsa da, bəzi dövlətlər buna biganə yanaşır. Bu, yolverilməzdir".
X.Xələfovun sözlərinə görə, Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir: "Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq. Beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir".(APA)Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər