Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 25-04-2017 12:18 | Bölmə: Siyasət
Nazirlər Kabineti "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nda dəyişikliklər edib.
Qüvvədə olan qaydaya əsasən, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim olunur.
Dəyişikliyə əsasən isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ölkədaxili Siyahının müəyyən edilməsi sahəsində yeganə orqan statusu qazanıb, Xarici Kəşfiyyat Xidməti isə Ölkədaxili Siyahı ilə bağlı yalnız təqdimatla çıxış edə biləcək.
Başqa sözlə, Ölkədaxili Siyahı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin təqdimatı əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müəyyən edilir və təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunur.
Bundan sonra kifayət qədər əsaslar müəyyən olunduqda və ya xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsaslı hesab edildikdə, Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı əsasında terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsində iştirak edən, həmin əməllərin törədilməsinə kömək və ya cəhd göstərən fiziki və ya hüquqi şəxslər, bu şəxslərin birbaşa və ya dolayısilə sərəncamında, sahibliyində və ya istifadəsində olan hüquqi şəxslər, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər Ölkədaxili Siyahıya daxil ediləcək.
Eyni zamanda xarici ölkələrin səlahiyyətli orqanlarının müraciətində qeyd olunan şəxslərin bu meyarlara uyğun gəldiyini güman etməyə kifayət qədər əsaslar olduqda, Dövlət Təhlükəsizliyi Xidməti həmin sənəddə göstərilən şəxslərin Ölkədaxili Siyahıya daxil edilməsi haqqında qərar qəbul edir. Dövlət Təhlükəsizliyi Xidməti bu qərarı qəbul edərkən, müraciət edən tərəfdən şəxsin bu meyarlara uyğun gəldiyini göstərən məlumatları, eləcə də müraciətdə göstərilən şəxsin ətraflı eyniləşdirmə məlumatlarını tələb edə bilər. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin səlahiyyətli orqanlarının müraciəti əsasında hər hansı şəxsi Ölkədaxili Siyahıya daxil etdikdə, fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və yaşadığı dövlətin, hüquqi şəxsin isə qeydiyyatdan keçdiyi və fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına bu barədə məlumat verir. Bu halda, Dövlət Təhlükəsizliyi Xidməti məlumatda göstərilmiş şəxsin bu meyarlara uyğun gəldiyini göstərən əsasları, eləcə də onun ətraflı eyniləşdirmə məlumatlarını sorğu edilən dövlətə göndərəcək.
İndiyə qədər Xarici İşlər Nazirliyi Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edib və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib.
Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının 1999-cu il 15 oktyabr tarixli 1267 nömrəli qətnaməsinə və terrorçuluğa qarşı mübarizə sahəsində digər aidiyyəti qətnamələrinə əsasən təsis edilmiş sanksiyalar komitələri tərəfindən müəyyən edilmiş Birləşmiş Siyahı əsasında Beynəlxalq Siyahını müəyyən edəcək və təsdiq olunması üçün dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edəcək. Xarici İşlər Nazirliyi mütəmadi olaraq Birləşmiş Siyahısını nəzərdən keçirir və həmin Siyahıya düzəlişlər olduqda, dərhal Beynəlxalq Siyahıya müvafiq əlavə və ya dəyişiklik edərək, təsdiq olunması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası bu siyahını dərhal təsdiq edib, rəsmi internet səhifəsində yerləşdirəcək.
Bundan sonra eyniləşdirmə məlumatlarının uyğunluğuna görə aktivləri səhvən dondurulmuş şəxs tətbiq edilmiş tədbirlərin aradan qaldırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ünvanlandırmalı, eyniləşdirmə məlumatlarını təsdiq edən sənədləri təqdim etməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası müraciət daxil olduqdan 1 iş günü müddətində şəxsin eyniləşdirmə məlumatlarının uyğunluğunu yoxlayır və aktivlərin səhvən dondurulduğu aşkar edildikdə, dərhal aktivlərin azad olunması barədə qərar çıxarır və icra edilməsi üçün dondurulmanı həyata keçirən subyektə göndərir. Fiziki və ya hüquqi şəxslərin Ölkədaxili, Birləşmiş və Beynəlxalq siyahılardan çıxarılması onların bu siyahılara daxil edilməsi ilə əlaqədar yaranmış hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq aradan qaldırır. Fiziki və ya hüquqi şəxslər öz hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərlər.
Beləliklə, indiyə qədər qüvvədə olan Qaydaya əsasən, Ümumi Siyahı Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və BMT Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli qətnaməsinə əsasən təsis edilmiş "Əl-Qaida” və "Taliban”a qarşıSanksiyalar Komitəsi tərəfindən BMT Təhlükəsizlik Şurasının 1267 nömrəli 1999-cu il 15 oktyabr tarixli və 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli qətnamələrinə uyğun olaraq müəyyən edilmiş barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslərin Birləşmiş Siyahısına əsasən müəyyən edilmiş Beynəlxalq Siyahıdan ibarət olub. Dəyişiklikdən sonra Ümumi Siyahı Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilən Ölkədaxili Siyahıdan və BMT-nin aidiyyəti qətnamələrinə əsasən müəyyən edilən Beynəlxalq Siyahıdan ibarət olacaq.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər