Tarix: 13-06-2017 14:25 | Bölmə: Siyasət
Yaxın Şərq böhranlı məqamdan keçir. Əvvəllər çətin təsəvvür ediləcək tərtibatda taktiki alyanslar yaranır və sürətlə dağılır. Türkiyə siyasətçilərindən biri Qətər böhranına tam bir gün qalmış iftar axşamında bildirib ki, "bölgədə hərəkət edən güclər Türkiyə ilə İranı baş-başa toqquşdurmaq niyyətindədir”.
Almaniya Əfqanıstan araşdırmaları Mərkəzinin direktoru Əziz Arianfər deyir ki, hazırda "mübarizə aparan iki blok formalaşır – bir tərəfdən Qətər, Suriya, Türkiyə, İran, İraq və digər tərəfdən Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir”.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bildirib ki, "Ankara Qətərə dəstəyi davam etdirəcək”. Ərdoğan tələb irəli sürüb ki, "Səudiyyə Ərəbistanı bölgə dövlətlərinin barışması üçün məsuliyyəti öz üzərinə götürsün”.
Ardınca hökumətin ilk anlarda "əhəmiyyətsiz epizod” saydığı Tehrana terror hücumu gəldi. Lakin İŞİD bu terakta görə məsuliyyəti öz üzərinə götürəndə hadisələrin inkişaf məntiqi üzrə hər şeydə Səudiyyə Ərəbistanının ittiham edildiyi İranda başa düşdülər ki, hər şey xeyli ciddi ola bilər. Nəzərə alaq ki, Tehranın Suriya böhranında iştirakından bəri ilk dəfə ölkədə cihadçıların "yuxulu özəklər”i özünü büruzə verib. İran keçmişdə də terrorçu hücumlardan əziyyət çəkib, lakin şəhərlərdə, xüsusən də paytaxtda az-az baş verərdi. Bu, güman etməyə əsas verir ki, İran istiqamətində yeni münaqişə hazırlanır.
Ərbilin İraq Kürdüstanının müstəqilliyi haqda sentyabrın 25-də referendum keçirmək israrı bölgədə gərginliyin yüksəldiyini göstətir. Bağdadla Ərbil arasında münaqişə göz qabağındadır. Buna əlavə edək ki, Türkiyə və İran da İraq kürdlərinin müstəqillik üzrə referendum keçirmək arzusuna görə narazılığını ifadə edib.
Ərbil üçün çətin dövr başlana bilər. Türkiyənin "Sabah” qəzetinin məlumatına əsasən, İran Kürdüstanı Demokratik Partiyası yaraqlıları və Kürdüstan azad yaşayış Partiyası (PJAK) "İraqda yerləşmiş tək-tük bazalardan İrana dövri hücumlara başlayıb ki, bu da bəzən təhlükəsizlik qüvvələri ilə toqquşmaya səbəb olur”.
Şimal İraqın özündə kürdlər, ərəblər və türkmənlər arasında gərginlik amili var. İŞİD-dən qəddar ziyana məruz qalmış milli azlıq – yezidilər öz hüquqlarını bəyan ediblər. Onların Xalq səfərbərlik qüvvələri bildirib ki, Sincarı təkcə cihadçılardan təhlükəsizləşdirməyə deyil, həm də PKK, həmçinin kürd özünümüdafiə peşmərgəsini oradan sıxışdırmağa hazırlaşırlar.
Yaxın Şərq hadisələrinin qəliz məntiqini tutmağa çalışan ekspertlərin əksəriyyəti bununla bağlı gah "energet ika diplomatiyası”, gah sünnilərlə şiələr arasındakı münaqişə, gah ərazi, ideoloji, siyasi, etnik problemləri, təbii resurslara görə mübahisələri, bölgənin bəzi ölkələrinin liderlərinin geopolitik iddialarını əsas götürür. Bir türk araşdırmaçısının fikrincə, yun köynək toxumaq üçün kol əkərək buradan keçən qoyunları ora sürüb tikanlara ilişən yun qalığını toplamağa güman edən "Molla Nəsrəddinin gününə” düşürlər.
Lakin, həqiqətdə Yaxın Şərqdə nə baş verir?
Birincisi, "ərəb baharı”ndan sonrakı dövr başlanır və oyun artıq başqa qaydalarla gedir.
İkincisi, Qətərlə bağlı əhvalat mürəkkəb siyasi "çibanı” deşməsəydi, özlüyündə böyük önəmi olmazdı.
Yaxın Şərqdəki ekspertlər hesab edirlər ki, Dohanın təcridi üzrə Səudiyyə Ərəbistanının atdığı addımlar ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən xeyli əvvəl hazırlanıb. Vaşinqtonun buna hazır olub-olmadığı açıq sualdır.
Üçüncüsü, aparıcı ölkələrin xarici siyasət idarələri başçılarının rəsmi bəyanatlarına əsasən fikir yürütsək, dünya diplomatiyasında biçimlənmiş durumun müayinəsi və böhrandan çıxmaq üzrə fəaliyyət taktikasında problem var. Bir tərəfdən, münaqişənin tənzimlənməsinə qatılmağa hazırlıq haqda açıqlamalar səslənir. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Qətərə terrorizmi maliyyələşdirmək ittihamını davam etdirməklə alova benzin əndərir. AFR xarici işlər naziri Ziqmar Qabriel isə "toqquşmanın müharibəyə dönüşmək təhlükəsi var” deyir. Almaniya kansleri Angela Merkel iddia edir ki, "Qətər, Türkiyə və İran daxil olmaqla müəyyən oyunçular danışıqlara tam cəlb edilməsə”, böhranın həlli mümkün deyil. O, yaranmış geopolitik intriqada əsas oyunçuları bu cür göstərir.
Dördüncüsü, İŞİD-in nüvəsi Suriya və İraqdan şərqə – İrana və başqa yönlərə sarı yerdəyişimi edərək, Türkiyənin "Daily Sabah” qəzetinin fikrincə, "Türkiyənin ərəb baharından sonra dini və kürəsəl subyektlərin müdaxiəsi üçün olduqca kövrək və açıq olduğu bir durumda” Cənub Qafqaz dövlətlərinin sərhədinə yaxınlaşır.
Təsadüfi deyil ki, Amerikanın əksər analitik mərkəzləri (məsələn, Karnegi mərkəzi) məhz bu məqamda məruzələrlə iddia etməyə başlayıb ki, "ABŞ-ın Cənub Qafqazda həyatönəmli heç bir marağı yoxdur”, bu bölgə "Suriya və İraqdakı münaqişəyə qoşulmaq üçün Yaxın Şərqə yollanan yaraqlılar üşün sığınacaq ola bilər. Və yaxud Mərkəzi Asiyaya, həmçinin Rusiyanın Şimal Qafqaz bölgəsinə qayıdanlar üçün”.
Amerikanın energetika diplomatiyasına gəlincə, aydınlaşdığı kimi, "Xəzərin energetika resurslarının bölgə üçün əhəmiyyəti və təsiri zaman-zaman şişirdilib, bu isə qeyri-gerçək gözləntilərin meydana çıxmağına səbəb olub”. Uyğun olaraq, "gələcəkdə bundan yayınmaq lazımdır”.
Bütün bunlar nə üçündür və bu cür "oyunu” kim aparır? Fars körfəzi ölkələri son zamanlar təsadüfənmi Cənub Qafqaz dövlətlərinə fəal maraq sərgiləyir?
Arianfər hesab edir ki, hələlik "üçbucaq” görürük: İran şiəliyi, Səudiyyə Ərəbistanı vəhhabiliyi, Türkiyə və Qətər isə "Müsəlman qardaşlar”ı dəstəkləyir. Bunlar islam dünyasında dövlətlərin Yaxın Şərqdə, ərəb və islam dünyasındakı duruma təsir aləti kimi bu və ya digər dərəcədə yararlandığı üç müxtəlif ideoloji və siyasi axındır. Bu, bölgənin bundan sonrakı yenidən biçimlənməsinin davamıdır, yaxud yeni mərhələsidir? Həm də söhbət artıq hansı bölgədən gedə bilər?
Stanislav Tarasov
Regnum İA, 13.06.2017
(Tərcümə: Strateq.az-ındır)
Bölməyə aid digər xəbərlər