İsa Qəmbərlə Arif Hacılı istintaqa cəlb edilib
Tarix: 14-06-2017 18:26 | Bölmə: Siyasət


Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıb.

Müsavatdan verilən məlumata görə, adıçəkilən hər 3 şəxsə Prokurorluqdan çağırış vərəqələri gəlib.

Məlumata görə, siyasətçilər həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb ediliblər.

Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə getməlidirlər.

Qeyd edək ki, bu gün məsələ ilə bağlı jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı da Baş Prokurorluqda olublar.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər