Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələyib – Qərarlar
Tarix: 29-06-2017 16:48 | Bölmə: Siyasət


Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 3 iş üzrə qərarını açıqlayıb.

Tanınmış vəkil Əsabəli Mustafayev bildirib ki, bunlar Ramin Hacılı, Nərgiz Yaqublu və Aqil Əliyevin şikayətləri üzrə olan işlərdir. Onlara münasibətdə Konvensiyanın 6.1. (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusu aşkarlanıb.

Kompensasiyaların məbləğinə gəlincə, Nərgiz Yaqublu - mənəvi ziyana görə 6000 avro+ maddi ziyana görə 473 avro, Ramin Hacılı - 6000+400 avro, Aqil Əliyev - 6000+588 avro, hüquqi xidmətə görə isə cəmi 3000 avro cərimə kəsilib.

Məlumata görə, hər 3 işdə vəkil İntiqam Əliyev olub.

Xatırladaq ki, Nərgiz Yaqublu Müsavat başqanının müavini Tofiq Yaqublunun qızıdır. O, 2 il əvvəl vəfat edib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər