Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-03-2016 17:35 | Bölmə: Siyasət

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada səfərdə olub.
Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi iki ölkə
arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud
durumu və inkişaf perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi
istiqamətində ətraflı fikir mübadiləsi aparmaq idi.
Azərbaycan Prezidentinin köməkçisinin Yaponiya Nazirlər Kabineti baş katibinin
müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə ölkəmizin malik olduğu
karbohidrogen ehtiyatlarının hasilatından bacarıqla istifadə edərək son illər
mühüm uğurlara imza atdığı xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan H.Seko
ölkəmizin bu sahədə nail olduğu ciddi irəliləyişin Yaponiyada maraqla
qarşılandığını deyib. Eyni zamanda, Azərbaycanın regionda və dünyada sülhün və
təhlükəsizliyin təmin olunmasında rolunun əhəmiyyətli dərəcədə artdığını
bildirib. Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya səfərinin əhəmiyyətini
xüsusi qeyd edən H.Seko iki ölkə arasında münasibətlərin mütəmadi inkişafının
məmnunluq doğurduğunu və Yaponiya tərəfinin iqtisadi əməkdaşlığı
genişləndirməkdə daha maraqlı olduğunu vurğulayıb.
Yaponiyaya səfərə dəvətə görə təşəkkür edən Əli Həsənov Azərbaycan ilə bu
gündoğar ölkənin ikitərəfli və beynəlxalq müstəvidə əməkdaşlığının vacibliyini
vurğulayıb. Yaponiyanın Sakit okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi
Qafqazda əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin iqtisadiyyatına
investisiya qoyuluşunu davam etdirməsinin zəruriliyini qeyd edib.
Azərbaycanın dinamik inkişafı və Prezident İlham Əliyevin yürütdüyü yeni
islahat kursu haqda məlumat verən Prezidentin köməkçisi ölkəmizin həssas
regionda yerləşməsinə baxmayaraq, müstəqil, fəal və sabitləşdirici xarici
siyasət yürütdüyünü, dünyada nüfuzunun ilbəil artdığını diqqətə çatdırıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin
inkişafına güclü təkan verdiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin
Yaponiyanın Baş naziri Şinzo Abeni Azərbaycana rəsmi səfərə dəvət məktubunu
H.Sekoya təqdim edib. Yaponiya Baş nazirinin tezliklə ölkəmizə səfərinin həyata
keçiriləcəyinə ümid etdiyini və bu səfərin ikitərəfli münasibətlərin inkişafına
yeni impuls verəcəyinə əminliyini bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri ilə
bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti köməkçisinin Baş nazirin səhiyyə və idman məsələləri üzrə
xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin
rəhbəri Takeo Hirata, xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin
müavini Miki Yamada və Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun
üzvləri ilə görüşlərində əsasən iki ölkə arasında iqtisadi, mədəni, sosial və
idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə son illər Azərbaycan ilə Yaponiya arasında rəsmi səfərlərin
intensivləşdiyi xüsusi vurğulanıb. Belə səfərlərin iki dost dövlət arasında
əlaqələrin inkişafına müsbət təsir etməklə yanaşı, həm də xalqlarımızın
bir-birinə yaxınlaşmasında mühüm rol oynadığı qeyd olunub.
Əli Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel
İsmayılzadə də iştirak edib.
Səfər çərçivəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov Yaponiyanın Kyodo News və JIJI PRESS kimi nüfuzlu agentliklərinə
müsahibə verib. Müxbirlərin suallarını cavablandıran Prezidentin köməkçisi
ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, TAP və TANAP layihələri,
"Şahdəniz” yatağının ikinci fazası, Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat-kommunikasiya dəhlizlərinin perspektivləri, müasir dünyada baş verən
qlobal hadisələr fonunda Azərbaycanın geosiyası mövqeyi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və digər məsələlərlə bağlı sualları
ətraflı cavablandırıb.
Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən Prezidentin
köməkçisi tarixi keçmişə malik bu yaşayış məntəqələrinin görməli yerləri ilə
tanış olub. Hiroşima şəhərindəki Sülh Memorial Muzeyində və Sülh parkında olan
Əli Həsənov II Dünya müharibəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Bununla da Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya səfəri başa çatıb.
Azərtac.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər