Müsavatın etiraz aksiyasına icazə verilməyib
Tarix: 19-10-2017 12:04 | Bölmə: Siyasət
Müsavatın etiraz aksiyasına icazə verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı müraciətini cavablandırıb.

BŞİH yürüşün keçirilməsinə razılıq verməyib. BŞİH həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi Müsavat Partiyasına təklif edib.

İcra hakimiyyəti yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü təyin edib. Yürüşə razılıq verilməsi üçün BŞİH-ə müraciət olunub.




Bölməyə aid digər xəbərlər