Ayaz Mütəllibov: “Rusiyanın dağılacağına inanmıram"
Tarix: 16-03-2016 13:39 | Bölmə: Siyasət


"ABŞ-ın eks-dövlət katibi Kondaliza Raysın Rusiyanın dağılacağı ilə bağlı fikirlərini məntiqli hesab etmirəm".

Reyting.az xəbər verir ki, bu sözləri Moderator.az saytına açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov deyib.

A.Mütəllibov bildirib ki, Rusiya son zamanlarda beynəlxalq aləmdə cəsarət və cürətini göstərib: "Onun-bunun sözünə baxmayaraq gücünü nümayiş etdirib. Təbii ki, bu da Qərb tərəfindən məmnuniyyətlə qəbul edilmir. İki siyasi mərkəz-Moskva ilə Vaşinqton arasında yarış gedir. Buna görə də belə bəyanatların səslənməsi mümkündür, ancaq mən Rusiyanın dağılacağına inanmıram".





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}