Bəşər Əsəd Vladimir Putinlə görüşüb - Yenilənib
Tarix: 21-11-2017 08:56 | Bölmə: Siyasət
Bəşər Əsəd Vladimir Putinlə görüşüb

Suriya rəhbəri Bəşər Əsəd Rusiyaya səfər edib.

TASS xəbər verir ki, o, Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani Suryadakı vəziyyəti müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək.

Xatırladaq ki, Vladimir Putinlə Bəşər Əsəd sonuncu dəfə 2015-ci il oktyabrın 21-də Moskvada görüşüblər(Report).
**
Vladimir Putinlə Bəşər Əsəd arasında keçirilən görüş zamanı Rusiya prezidenti Putin Əsədi terrorizmlə uğurlu mübarizəyə görə təbrik edib. Onun sözlərinə görə, Suriya xalqı çox ağır sınaqdan keçir və terrorçuların darmadağın edilməsinə yaxınlaşır.

Əsəd isə öz növbəsində iki il ərzində Rusiya Kosmik Qüvvələri sayəsində qazanılan uğurların aydın olduğunu və ölkə əhalisinin çox hissəsinin artıq öz evlərinə qayıtdığını bildirib. O, Rusiya sayəsində Suriyanın dövlət kimi xilas olduğunu söyləyib.

Görüş zamanı Putin Suriya prezidentinə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyini təqdim edib.

Putin qeyd edib ki, Suriyada hərbi əməliyyatlar başa çatmaqdadır.

"Terrorçuluqda mübarizə sahəsində tam qələbə qazanmağa, əlbəttə, hələ çox var. Suriya ərazisindəki terrorçularla mübarizə sahəsində birlikdə keçirilən hərbi əməliyyatlar isə həqiqətən sona çatır”,- Putin deyib.

Rusiya prezidenti Suriya məsələsi ilə bağlı danışarkən tezliklə savaşa yekun nöqtənin qoyulacağını bildirib(Axar.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər