Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-03-2016 17:05 | Bölmə: Siyasət

"Ölkə başçısının martın 17-də imzaladığı əfv sərəncamı bir daha sübut etdi ki, ölkədəki istənilən məsələni dialoq yolu ilə həll etmək olar".
Reyting.az-ın məlumatına görə, millət vəkili Azay Quliyev parlamentin plenar iclasında Azərbaycan prezidentinin martın 17-də imzaladığı əfv sərəncamı haqqında mövqeyini açıqlayarkən deyib (Moderator.az).
Azay Quliyevin sözlərinə görə, imzalanan əfv sərəncamının humanizmliklə yanaşı digər mühüm nəticələri də var: "İlk olaraq bu əfv sərəncamı göstərdi ki, ölkədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının ölkə başçısına təqdim etdiyi insanlar əfv olunub. Bu, bir daha göstərir ki, bütün məsələləri dialoq və danışıqlarla həll etmək olar.
Bundan əlavə, ölkədə insan haqları ilə bağlı İşçi Qrup fəaliyyət göstərir və bu qurumun fəaliyyətinə böyük etimad yaranıb. Baxmayaraq ki, AŞPA baş katibinin bu qurumun fəaliyyətinə mövqeyi yanlış idi”.
A.Quliyev deyib ki, növbəti bir məqam da ondan ibarətdir ki, ölkədə hər hansı məsələ ilə bağlı ölkə başçısına müraciət etmək lazımdır, nəinki xaricdən maliyyələşən və ya beynəlxalq təşkilatlara: "Beynəlxalq təşkilatlardan yardım istəməklə Azərbaycana təzyiq etmək mənasızdır. Bu gün hər hansı məsələninin həllində Azərbaycanla təzyiq və ya ultimatum dili ilə danışmaq olmaz”.
A.Quliyev onu da əlavə edib ki, ölkə başçısının bu sərənmcamı beynəlxalq aləm tərəfindən çox yüksək qiymətləndirilib: "Artıq AŞPA, ATƏT PA, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti AzərbaycanPrezidentinin bu əfv sərəncamını alqışlayaraq, yüksək dəyərləndiriblər. Azərbaycan Prezidentinin bu sərəncamına beynəlxalq aləmdə böyük etimad göstərildi”.
Parlamentin spikeri Oqtay Əsədov də məsələ ilə bağlı mövqeyini açıqlayaraq bildirib ki, həqəqətən də beynəlxalq aləmdə bu sərəncamı yüksək səviyyədə dəyərləndirdilər: "Amma mətbuatda elə yazılara rast gəlirsən ki, bu yazılarla əfv sərəncamına neqativ mövqe formalaşdırmağa çalışırlar”.Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər