ABŞ Azərbaycanın fəaliyyətini dəstəkləyir - Robert Sekuta
Tarix: 01-12-2017 17:26 | Bölmə: Siyasət
ABŞ Azərbaycanın fəaliyyətini dəstəkləyir


"ABŞ regionda və daha geniş coğrafiyada sabitliyi və rifahı daha da gücləndirmək üçün "Asiyanın qəlbi" prosesi çərçivəsində birgə işləməyə həmişə sadiqdir".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Azərbaycanın "Asiyanın qəlbi" prosesindəki önəmli rolunu alqışlayan səfir bildirib ki, ABŞ Azərbaycanın Əfqanıstanda sülhün bərpası üçün fəaliyyətini dəstəkləyir: "ABŞ və Azərbaycanın əməkdaşlıq etdiyi sahələrdən biri də təhlükəsizlik və əmin-amanlığın təminatıdır. Əfqanıstanla bağlı da ABŞ və Azərbaycan bir sıra işlər görüb. Azərbaycan göstərir ki, həm Əfqanıstanda, həm də regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadirdir".

Səfir qeyd edib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır və bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər