07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Kəmaləddin Heydərov: "Haqqımda yazılanlar cəfəngiyyatdır”
Tarix: 08-12-2017 16:43 | Bölmə: Siyasət
Kəmaləddin Heydərov: "Haqqımda yazılanlar cəfəngiyyatdır”

Bir neçə gün bundan əvvəl Azərbaycanın vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilib.

Mətbuatda F.Məmmədovun vəzifədən azad olunma səbəbini digər məsələlərlə yanaşı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da bağlayanlar var.

Belə ki, bəzi KİV-lərdə Fazil Məmmədovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla münasibətlərinin gərgin olduğu, lakin sonda məğlub olan sayca altıncı nazir olduğu yazılır.

Reyting.az-ın xəbərinə görə, K. Heydərov unikal.org-a açıqlamasında yazılanlara belə münasibət bildirib: "Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}