BMT Donald Trampın qərarına qarşı çıxır - Bəyanat
Tarix: 10-12-2017 15:22 | Bölmə: Siyasət
BMT Donald Trampın qərarına qarşı çıxır

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması haqqında qalmaqallı qərarı BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən fövqəladə toplantısında müzakirə olunub.

Toplantıda Təhlükəsizlik Şurasının bütün üzv-dövlətlərinin nümayəndələri Trampın qərarını sərt tənqid ediblər.

“İnterfaks”ın məlumatına görə, Böyük Britaniya, İtaliya, İsveç və hazırda Təhlükəsizlik Şurasının üzvü olmayan Almaniyanın nümayəndələri Trampın bu qərarının yolverilməz olduğu haqqında birgə bəyanat veriblər.

Bəyanatda qeyd edilir ki, Trampın qərarı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, regionda sülhün bərqərar olmasına maneədir.

Misirin BMT-dəki nümayəndəsi isə Trampın qərarını “təhlükəli presedent” adlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər