Müsavat Partiyası: İrandakı mövcud rejim çökəcək
Tarix: 03-01-2018 14:21 | Bölmə: Siyasət
Müsavat Partiyası: İrandakı mövcud rejim çökəcək

Müsavat Partiyasının başqanı Arif Hacılı İranda baş verən hadisələrə münasibət bildirib.

Arif Hacılı qeyd edib ki, İranda diktatura rejiminə qarşı müqavimət hərəkatı güclənir.

“Baş verənlərin bütün dünyanın diqqət mərkəzində olması təbiidir. İranın dünya düzəninə, xüsusilə regionda gedən proseslərə təsir imkanları böyükdür.

Uzun sərhəddimiz, ciddi iqtisadi əlaqələrimiz, ortaq dinimiz, bəzi ortaq və çox ciddi toqquşan maraqlarımız olan bu ölkədə baş verənlərlərin Azərbaycan üçün əhəmiyyəti isə misilsizdir.

Dünya üzrə soydaşlarımızın əksəriyyətinin yaşadığı ölkədəki gəlişmələr, sonradan proseslərin hansı istiqamətə yönəlməsi, həm də milli təhlükəsizliyimiz baxımından çox mühümdür”.

A. Hacılı bildirib ki, İran Azərbaycan üçün nə İraq, nə Əfqanıstan, nə də Suriyadır:

“İranda baş verən dəyişikliklər Azərbaycana da təsir edəcək.

İran isə hökmən dəyişəcək.

Bu hadisələrdən sonra İran fərqli bir dövlət olacaq.

Arzu edək və imkanlarımız çərçivəsində çalışaq ki, İran daha yaxşı: - demokratik, dünyəvi, insan haqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşan, milli ayrıseçkilik, şovinizm siyasətindən uzaq bir dövlət olsun”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}