16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan Putin və Zelenski arasında dialoq təşkil edə bilər
Tarix: 04-12-2021 22:39 | Bölmə: Siyasət
Ərdoğan Putin və Zelenski arasında dialoq təşkil edə bilər

Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri olduğu üçün iki ölkə arasındakı gərginliyin azaldılmasında üzərinə düşəni yerinə yetirməyə çalışacaq.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun ev sahibliyi ilə keçirilən Aralıq dənizi Dialoq Forumu ilə əlaqədar Romada səfərdə olan Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Prezidentin sözçüsü əlavə edib ki, bu məsələ ilə bağlı əlaqədar Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski arasında dialoq təşkil edə bilər.



İ. Kalının sözlərinə görə, əsas çağırışları bu problemi öncə öz aralarında həll etmələridir: “Əgər bu baş tutsa, ideal vəziyyət olardı. Amma bu baş verməsə, Türkiyə də rol oynaya bilər”.

Ərdoğanın sözçüsü əlavə edib ki, Türkiyənin bu məsələdə konstruktiv rol oynayaraq tərəfləri bir araya gətirməsi mümkündür, çünki hər iki tərəflə yaxşı münasibətlər var:

“Bir çox Qərb dövlətlərinin Rusiya ilə birbaşa konstruktiv əlaqələri yoxdur, amma Türkiyənin belə bir xüsusi mövqeyi var. Təbii ki, hər iki tərəf buna müsbət baxarsa, Türkiyə müsbət rol oynaya bilər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}