Tofiq Yaqublu: “Anası ölmüş Smit düz deyir də”
Tarix: 31-03-2016 17:05 | Bölmə: Siyasət


Müsavat Partiyasının qərargahında keçmiş vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublu mətbuat konfransı keçirib.Mətbuat konfransında jurnalistlərlə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirliklərinin nümayəndələri, siyasi məhbuslar - Sirac Kərimli və Sərdar Əlibəyli, eləcə də bəzi siyasi məhbusların ailə üzvləri və müsavatçılar iştirak ediblər.

Tədbiri girş sözü ilə açan Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının təmsilçisi Oqtay Gülalıyev Tofiq Yaqublunun yenicə həbsdən çıxmış digər siyasi məhbusları təmsil etdiyini bildirərək, sözü ona verib.

Bastainfo-nun məlumatına görə,Tofiq Yaqublu çıxışında qeyd edib ki, son əfv fərmanı ilə 14 siyasi məhbus azad olunsa da, ölkədə siyasi məhbus problemi həll olunmayıb. O, həbsxanada hələ onlarla siyasi məhbusun olduğunu xatırladaraq deyib ki, azad olunan siyasi məhbuslar da hələ bəraət almayıblar, bəzilərinin barəsində isə şərti cəzalar və cinayət işləri qalıb.

T.Yaqublu həbsdən çıxdıqdan sonra tanınmış hüquq müdafiəçisi, bir müdət əvvəl həbsdən azad olunmuş Leyla Yunusu ziyarət etdiyini, onun səhhətinin ağır olduğunu, amma hakimiyyətin onu müalicə olunmaq üçün xaricə buraxmamasının səbəbini anlamadığını dilə gətirib.

Bundan sonra T.Yaqublu özünün necə şərlənərək mühakimə edilməsinin xronologiyasını açıqlayıb. O, İsmayıllı rayonuna 2012-ci ilin yanvarayının 24-də Rauf Arifoğlunun tövsiyyəsi ilə orada bir gün əvvəl baş vermiş xalq etirazları barədə məlumat toplamaq üçün getdiyini deyib. İsmayıllıya çatdıqdan bir neçə dəqiqə sonra Tofiq Yaqublu polis idarəsinə aparılıb. Polis idarəsində onun şəxsiyyəti müəyyən edilib və ona rayonu tərk etmək göstərişi verilib. Polis maşınlarının müşaiyyəti ilə rayondan çıxarılan və bundan sonra da Bakıya çatana qədər izlənilən Tofiq Yaqublu bir həftə sonra prokurorluğa çağırılıb və şərlənərək həbs edilib.

Yanvarın 24-də İsmayıllıda hər hansı bir toqquşma olmadığı halda, Tofiq Yaqublunu və Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovu iğtişaş törətməkdə ittiham ediblər. Məhkəmədə üzə duran bütün şahidlərin ifadələrinin saxta olduğunun üzə çıxdığını deyən Tofiq Yaqublu, buna rəğmən məhkəmənin onların barəsində sifarişli hökm çıxardığını iddia edib.

Tofiq Yaqublu, fərqli fikirlərə rəğmən, Qərbin və beynəlxalq qurumların Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsinə tərəfdar olduğunu da bildirib.

Müsavat başqanının müavini amerikalı konqresmen Kris Smitin sanksiya çağırışına da münasibət bildirib: "Anası ölmüş Smit düz deyir də. Smit deyir ki, Azərbaycanda insan haqları pozulur – düz deyir də. Smit deyir ki, Azərbaycanda siyasi məhbuslar var, korrupsiya var – düz deyir də. Smit deyir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdu – düz deyir də”.

T.Yaqublu jurnalistlərinçoxsaylı suallarınıda cavablandırıb. Müsavat başqanının müavini həm siyasi məhbusların azad olunması, həm də müxalifətin birgə mübarizəsinin təmin olunması istiqamətindəsəylərini davam etdirəcəyini vurğulayıb.

"Yeni Müsavat”qəzeti ilə əməkdaşlığı davam etdirəcəksizmi” sualını cavablandıran Tofiq Yaqublu, – "bəli, davam etdirəcəm, Rauf Arifoğlu iləaramızda haqq-salam var”, – deyib.

"Hüquq müdafiəçilərindən kimlər həbsxanada sizi ziyarət edib”, – sualına cavabında isəTofiq Yaqublu Novella Cəfəroğlunun, Səidə Qocamanlının və Əlməmməd Nuriyevin adlarını çəkərək onlara təşəkkürünübildirib.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}