Nazir Aİ-nin nümayəndə heyəti ilə görüşüb
Tarix: 29-01-2018 19:31 | Bölmə: Siyasət
Nazir Aİ-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Nəqliyyat və Mobillik üzrə Baş direktoru Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Aİ arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, Şərq Tərəfdaşlığı Brüssel sammitinin ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verdiyi qeyd olunub.

Uzlaşdırma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlığın Aİ-nin Azərbaycan ilə əməkdaşlığında mühüm rola malik olduğu diqqətə çatdırılıb.

E.Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərini uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Aİ-nin bu layihəyə dəstəyi qeyd olunub Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi vurğulanıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin Hind Okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər