Fransa prezidenti Dağlıq Qarabağa gəlmək istəyir
Tarix: 31-01-2018 14:33 | Bölmə: Siyasət
Fransa prezidenti Dağlıq Qarabağa gəlmək istəyir

"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək".

Reyting.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.(News.am)

Çıxışında “erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və “status-kvo” problemin həlli deyil.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan E. Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.(Mənbə: APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər