Ərdoğan: Terrorçuların qolunda Amerikanın bayrağı var
Tarix: 03-02-2018 21:04 | Bölmə: Siyasət
Ərdoğan: Terrorçuların qolunda Amerikanın bayrağı var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxaliflərin Azad Suriya Ordusu ilə bağlı tənqidlərinə sərt reaksiya verib.

Türkiyənin “Sputnik” agentliyinin məlumatına görə, Ərdoğan Azad Suriya Ordusunun türk əsgərləri ilə birlikdə terrorçulara qarşı vuruşduğunu bildirib:

“Azad Suriya Ordusu kiminlə yan-yana? Mənim əsgərimlə yan-yana, çiyin-çiyinə. Qolunda nə var? Türk bayrağı var. Yaxşı, PYD terror təşkilatının qolundakı hansıdır? Amerikanın bayrağı.

Kimlər var qarşımızda? Qərb var, Amerikanın verdiyi silahlarla birlikdə terrorçular var. PYD, YPG və PKK var. Bunlar terrorçudurlar. Qəsdən kürd filan deyirlər, hamısı yalandır. Bunlar mənim kürd qardaşlarımın nümayəndəsi ola bilməz, əlaqəsi yoxdur. Bunlar yalnız terrorçulardır”. (Axar.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər