Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 02-04-2016 13:42 | Bölmə: Siyasət

"Ermənistan
bu günlərdə Amerikada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Azərbaycan
prezidentinin uğurlu siyasi görüşlərini həzm edə bilmir”.
Bunu deputat, Milli Məclisin Təhlükəsizlik və
müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu gün gecə Dağlıq Qarabağda
baş verənləri AzNews.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan
sammit çərçivəsində uğursuzluğa düçar olub: "Sarksiyan
yüksək səviyyədə görüşlər keçirə bilmədi. Bir çıxışını isə ümumiyyətlə, onun
siyasi uğursuzluğu adlandırmaq olar. İlham Əliyevin isə dövlət katibi ilə,
konqresmenlərlə, eyni zamanda Amerikanın bir sıra aparıcı şirkətləri və ictimai
təşkilatlarla olan görüşü Azərbaycanın siyasi nüfuzundan xəbər verir”.
Millət vəkili Ermənistanın gecə kəndlərimizi atəşə tutmasını
provakasiya adlandırıb: "Ermənistanın dövlət quruculuğunda xəfarət ediləsi heç nə yoxdur. Nə dövlətçilikləri,
nə də inkişaf edən iqtisadiyyatları var. Əhali durmadan köç edir. Ümumiyyətlə,
bu gün gündəlikdə Ermənistanın müstəqil dövlət kimi xəritədən silinməsi məsələsi
var. Hakimiyyətədə olan komanda bu gün Dağlıq Qarabağ problemində guya ki,
prinsipial mövqeyi ilə Ermənistan cəmiyyətinin diqqətini əsas məsələlərdən yönətməyə
çaışır. Ancaq bununla belə, hərbi
qarşıdurmada da Ermənistan uğursuzluğa düçar olur. Azərbaycanın güclü silahlı
qüvvələri, cəbhə xəttində ermənilərin provakasiyasına bir qayda olaraq yüksək səviyyədə
cavab verməsi bu sahədə də onları uğursuzluğa düçar edir. Müdafiə Nazirliyinin
rəsmi məlumatına görə, döyüşlər gedir, erməni provakasiyasının qarşısı alınır.
Cox təssüf ki, atılan mərminin biri məcburi köçkünün evinə düşüb, bir nəfər həlak
olub, oğlu isə ayaqlarını itirib”.
Aydın Mirzəzadənin sözlərinə görə, gecə cəbhə boyu gedən
döyüşlər Ermənistanın növbəti dəfə beynəlxalq təşkilatları aldatmaq cəhdi kimi
qiymətləndirilməlidir: "Amma bütün bu cəhdlərin qarşısı Azərbaycan əsgərinin
layiqli cavabı nəticəsində alınır. Bunu Ermənistan dövlətinə böyük zərbə kimi
qiymətləndirmək olar. Ermənistan və onun rəhbərliyi bilməlidir ki, Azərbaycan
itirdiyi torpaqları qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcək. Bu məsələdə
son itirən Ermənistan olacaq”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər