Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb - İclasda gərginlik olub
Tarix: 19-02-2018 09:33 | Bölmə: Siyasət
Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Fevralın 18-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in bu ilin aprel ayının 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak məsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə ertələnən müzakirələr davam etdirilib.

Reyting.az-a daxil olan məlumata örə, iclasda gərgin müzakirələr aparılıb və VİP-in 11 aprel seçkilərində iştirak tərəfdarları ilə əleyhdarları arasında qızğın müakirələr aparılıb, kəskin mübahisələr yaranıb.

Bununla belə, VİP sədri Əli Əliyevin və partiya rəhbərliyində təmsil olunan veteran üzvlərin çıxışlarından sonra tərəflər öz mövqelərini uzlaşdırmağa razılıq veriblər.

Keçirilən səsvermədən sonra VİP sədri Əli Əliyevin prezidentliyə namizəd irəli sürülməsi haqqında qərar verilib:

1. Vətəndaş və İnkişaf Partiyasının 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayının müvafiq qərarına uyğun olaraq, 2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində VİP tərəfindən Əli Nadir oğlu Əliyevin namizədliyi irəli sürülsün.

2. Əli Əliyev VİP-in 11 aprel seçkilərində iştirak zərurəti və özünün namizədliyinin irəli sürülməsini şərtləndirən amillər barəsində ictimaiyyət üçün açıqlama versin.

3. Seçki prosesinin gedişində qəbul edilməsi zəruri olan qərarların, o cümlədən, VİP namizədinin növbədənkənar seçkilərdə iştirakını dayandırmaq haqqında mümkün qərarlın qəbulu partiyanın Siyasi Şurasına həvalə olunsun.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər