TBMM: “Ermənistan işğal etdiyi ərazilərindən dərhal çıxmalıdır” - Bəyanat
Tarix: 25-02-2018 22:37 | Bölmə: Siyasət
TBMM: “Ermənistan işğal etdiyi ərazilərindən dərhal çıxmalıdır”

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlardan qeyd-şərtsiz çıxmalıdır.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xocalı soyqrımının 26-cı illiyi ilə bağlı yaydığı bəyanatda bildirilir.

Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha vurğulayaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Parlamentin Xarici İşlər Komissiyasının yaydığı bəyanatda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırılır. “Bu məsələ beynəlxalq hüquqda göstərilib”.

Qeyd edək ki, Ermənistan qoşunları tərəfindən, 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə, Dağlıq Qarabağın Xocalı qəsəbəsinə təşkil edilən hücumda, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, ümumilikdə 613 günahsız Azərbaycan vətəndaş qətlə yetirilib.

Bəyanatda bildirilir ki, Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızı bundan 26 il əvvəl Xocalıda qarşı-qarşıya qaldıqları vəhşi hücum və qırğını hər zaman ürəyimizin ən dərinlərində hiss edir, bu ağrını ən içdən duyğularımızla paylaşırıq.

Bu qırğını törədənləri və Azərbaycan torpaqlarını illərdən bəri işğalda saxlayan Ermənistanı qəti şəkildə qınayırıq və onları bu əraziləri boşaltmağa çağırırıq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər