Hökumət komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
Tarix: 05-03-2018 19:10 | Bölmə: Siyasət
Hökumət komissiyasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər