Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-04-2016 12:08 | Bölmə: Siyasət

"Rusiya Türkiyəyə qarşı istifadə etmək üçün PKK terrorçularını və Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir”.
Reyting.az anspress-ə istinadən xəbər verir ki, bu iddiaları yerli mətbuorqanlardan birində yazdığı məqalədə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani bildirib. Diplomat məqaləsində Türkiyə-Rusiya münasibətləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyi də şərh edib.
"Ankara və Moskva arasında başlayan gərginlikdən sonra Rusiya, erməni "kozr”ından Türkiyəyə qarşıistifadə edir. Rusiya suriyalı erməniləri və PKK ilə əlaqəsi olan bəzi şəxsləri Dağlıq Qarabağa yerləşdirərək Türkiyəyə qarşıonlardan istifadə etmək istəyir.”
Süleymani Azərbaycanla Ermənistan arasındakı gərginliyi də Rusiyanın yaratdığını deyib: "Rusiya, Azərbaycanın Qərbə yönəlmə prosesinin güclənməsinin qarşısını almaq, Azərbaycanı rəhbərlik etdiyi "Avrasiya İqtisadi Birliyi” və "Kollektiv Təhlükəsizlik Şurası” kimi quruluşlara daxil etmək, həmçinin Türkiyənin Cənubi Qafqazdakı nüfuzunun qarşısını almaq üçün Ermənistandan istifadə edir.”
Əfşar Süleymani bu gərginliyi konkret olaraq Rusiya prezidenti Vladimir Putinin alovlandırdığını yazıb: "Putin bu həmləsi ilə rəsmi Bakının Ankara ilə yaxınlaşmasının qarşısını almaq istəyir və Azərbaycana da "Avrasiyaİqtisadi Birliyi”nə girəcəyi təqdirdə Ermənistanın işğalı altında olan bir çox bölgənin azad edilə biləcəyi mesajını verir.”
Keçmiş səfir SSRİ-nin süqutundan sonra Rusiyanın xarici siyasətini davam etdirmək üçün ətrafında baş verənlərə daim müdaxilə etdiyini bildirir: "Sovet İttifaqının süqutundan sonrakı dövrdə Rusiya xaricdəki siyasətini davam etdirmək üçün ətrafında yaratdığı qalmaqallara daim müdaxilə edir. Amma Rusiyanın mənfi və iqtisadiyyatına yük olan bu cəhdlərin ona bir xeyir verməsi uzaq ehtimaldır.”
İranlı diplomat rəsmi Moskvanın Türkiyədə effektiv və daimi qalmaqallar yaratmaq gücündən məhrum olduğunu qeyd edib: "Bu səbəblə də Rusiyanın bu cür cəhdlərlə Türkiyəyə zərbə vurması mümkün görünmür. Moskva lazımi səylərlə öz çevrəsini yaratmalıdır. Yoxsa orta və qısa vədədə uduzacaqdır.”Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər