BMAM prezident seçkilərini müşahidə edəcək
Tarix: 03-04-2018 13:08 | Bölmə: Siyasət
BMAM prezident seçkilərini müşahidə edəcək

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) 11 aprel 2018-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkisində respublika üzrə müşahidə aparacaq.


Reyting.az-ın məlumatına görə, bununla əlaqədar Mərkəzin fəal üzvləri və nümayəndələri Mərkəzi Seçki Komissiyasında akreditasiyadan keçiblər.

BMAM müşahidəçiləri prezident seçkilərində müxtəlif seçki dairə və məntəqələrində seçkilərin gedişini müşahidə edəcəklər. Seçki başa çatdıqdan sonra isə bütün müşahidəçilərin rəy və yazılı nəticələri toplanaraq seçki ilə bağlı münasibət açıqlanacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər