00:01 / 23-10-2025
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
22:40 / 22-10-2025
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
22:14 / 22-10-2025
Məşhur vəkilin evi qarət olunub (Yenilənib)
20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

Sərdar Cəlaloğlu: “Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı "beşinci kalonu”nun sözçüsüdür”
Tarix: 04-04-2018 16:06 | Bölmə: Siyasət

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ittihamlarına sərt cavab verib.
Reyting.az-ın xəbərinə görə, S. Cəlaloğlu Ölkə.az-a açıqlamasında deyib ki, Qüdrət Həsənquliyev cəfəngiyyat danışır:
"Qüdrət Həsənquliyev iddia edir ki, guya mən Prezident Administrasiyasından hər ay 10 min dollar pul alıram. Bütün bunlar cəfəngiyyat və yalandır. Əgər mən pul alıramsa, Qüdrət Həsənquliyev niyə ortaya fakt qoya bilmir? Niyə mənə pul verən adamın adını çəkə bilmir? O, mənə şər-böhtan atır. Çünki mən onu ifşa etmişəm”.
Partiya sədri qeyd edib ki, Qüdrət Həsənquliyev Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin və şəxslərin sözçüsüdür:
"Prezidentliyə namizədlər üçün təşkil olunan teledebatda da Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən fiqur kimi çıxış edib.
Mən teledebatda bildirdim ki, Azərbaycan və Türkiyə konfederasiyası yaradılmalıdır. Qüdrət Həsənquliyev dərhal mənim bu fikirlərimə qarşı çıxaraq, onu "gülünc” adlandırdı. Necə olur ki, mən qanı qanımızdan, dili dilimizdən olan Türkiyə ilə birlik yaratmaq istədiyimi bildirəndə pis oluram, amma Azərbaycan torpaqlarını işğalda saxlayan düşmən ölkəni daim açıq müdafiə edən və ona hərbi yardımlar göstərən Rusiyanı Qüdrət Həsənquliyev müdafiə edəndə yaxşı olur? Sonra da Qüdrət Həsənquliyev özünün ruspərəst mövqeyini ört-basdır etmək üçün guya mənim Prezident Administrasiyasından 10 min dollar pul aldığımı bildirir. Çıxıb gic-gic özündən sözlər uydurub danışır. Ümumiyyətlə, mənim onunla elə bir dialoqum olmayıb. Bir dəfə onun müavininin ad günündə İqbal bəy və mən bir yerdə siyasi blok olaraq seçkilərə getdiyimiz üçün Qüdrət Həsənquliyevdən nə üçün bizə qanunun tələblərinə uyğun olaraq, dövlət tərəfindən maliyyə ayrılmamasının səbəblərini soruşmuşam. Ona dedim ki, sən Milli Məclisin deputatısan, orada bu məsələni qaldır ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, nə üçün bizim partiyalara maliyyə ayrılmır. İndi Qüdrət Həsənquliyev də bu fikirlərimi götürüb ayrı cür təqdim edir. Əgər doğrudan da mən kimdənsə maliyyə aldığımı ona demişəmsə, adını açıb söyləsin. Bəs nə üçün Qüdrət Həsənquliyev həmin şəxsin adını söyləmir? Yaxşı, sən o qədər məmurlardan qorxursan ki, ad çəkə bilmirsən? Ay Qüdrət Həsənquliyev, cəsarətin varsa, həmin məmurun adını çəkib söylə, qoy həmin məmur da çıxıb açıqlama versin!”.
S.Cəlaloğlu Qüdrət Həsənquliyevlə bağlı sensassiya yarada biləcək məlumatlara malik olduğunu söyləyib:
"Qüdrət Həsənquliyev məni məcbur edir ki, onun kimin əlində alət olduğunu, kimin dilmancı və vasitəçisi olduğunu açıb söyləyim. O, əvvəllər Əbülfəz Elçibəyin və Əli Kərimlinin müavini ola-ola Milli Məclisdə təmsil olunanda, ona kimin və nəyə görə mandat verdiyini bilirəm. Ona görə də Qüdrət Həsənquliyev tez-tez çıxıb Türkiyənin əleyhinə, Rusiyanın isə xeyrinə çıxışlar edir. Qüdrət Həsənquliyev Rusiyanın Azərbaycandakı "beşinci kalonu”nun sözçüsüdür. O, hələ Rusiyanın adamı ola bilməyib. Amma Rusiyanın Azərbaycandakı maraqlarını müdafiə edən şəxslərin sözünü deyir. Bunu deputat edən adamlar da məhz onlardır. Qüdrət Həsənquliyevi deputat etməyin əsas şərti də odur ki, Azərbaycanda Rusiyanın maraqlarını açıq şəkildə müdafiə, Türkiyənin isə əleyhinə çıxış etməlidir. Qüdrət Həsənquliyev də bu tapşırıqları kişi kimi edir. Utanmadan çıxıb investisiya qoyuluşu ilə bağlı Türkiyənin əleyhinə danışır. Halbuki, Azərbaycan Türkiyəyə cəmi 7 milyard, Rusiyaya on milyardlarla pul qoyub. Amma Qüdrət Həsənquliyevin cəsarəti çatmır ki, Rusiyadan nə isə tələb etsin. Burada sual olunur ki, qardaşa 7 milyard pul veriləndə gözünə görünür, amma düşməninə on milyardlarla pul veriləndə səsin çıxmır. Xeyr ola? Guya biz bilmirik ki, sən kimin adamısan?
Prezidentin köməkçisi Əli Həsənov deyir ki, Rusiya Azərbaycanın faydalı qazıntılarından pulsuz pay verilməsini istəyir. Ay Qüdrət Həsənquliyev, maraqlarını müdafiə etdiyin dövlət həmin Rusiyadır.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski açıq şəkildə durub deyir ki, Azərbaycan bu dövlətin muxtar vilayəti olmalıdır. Qüdrət Həsənquliyev də deyir ki, gəlin Rusiyanın qucağına gedək. Axı Rusiya 300 ildir ki, bizə qarşı düşmənçilik edir, 20 yanvar faciəsini, Xocalı soyqırımını Rusiya törədib. Azərbaycanın bütün tarixini və mədəniyyətini, torpaqlarını Rusiya parçalayıb. Bu gün tarixi torpaqlarımız olan Dərbənd hələ də əsarətdədir. Rusiyanın Azərbaycana qarşı bu qədər düşmənçiliyi olmasına baxmayaraq, qardaş Türkiyə hər zaman Azərbaycanı müdafiə edən dövlətdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsini bu gün öz məsələsi kimi gündəmə gətirir, dünya birliyinin qarşısında tələb qoyur. Türkiyə bu qədər Azərbaycana xidmətlər göstərsə də, Qüdrət Həsənquliyev qardaş ölkədən əl çəkmir. Yadınıza gəlirsə, Türkiyədə rus təyyarəsi vurulanda, Qüdrət Həsənquliyev çıxıb dedi ki, Türkiyə Rusiyadan üzr istəməlidir, Türkiyə səhv yoldadır və sairə. Ay Qüdrət Həsənquliyev, oturduğun dövlət də türk dövlətidir. Sən necə olur ki, türkün dövlətində otura-otura, türkə qarşı düşmən mövqedə olursan? Rusiyanın maraqlarını müdafiə etməkdən əl çək!”.
Xatırladaq ki, Qüdrət Həsənquliyev mətbuata açıqlamasında Sərdar Cəlaloğlunun Prezident Administrasiyasında işləyən bir məmurdan hər ay 10 min dollar pul aldığını iddia edib.
Bölməyə aid digər xəbərlər

21-10-2025, 14:40
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
21-10-2025, 12:24
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
21-10-2025, 08:45
İsrail ordusu atəşkəsə əməl etmir
20-10-2025, 17:49
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
20-10-2025, 11:42
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu müdafiə edir
20-10-2025, 08:18
Qəzzada vəziyyət fəlakət həddinə çatıb
19-10-2025, 10:54
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
19-10-2025, 07:56
Zahid Oruc ittihamlarla razılaşmır
17-10-2025, 18:53
Kreml Donald Trampı çaşdırır
17-10-2025, 18:08
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
17-10-2025, 15:04
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
17-10-2025, 11:18
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
17-10-2025, 10:41
Ukrayna oyundankənar vəziyyətə salınır
17-10-2025, 08:24
Trampla Putinin telefon söhbətinin təfərrüatı açıqlanıb
17-10-2025, 08:12
Tramp: “Tomagavk”lara özümüzün ehtiyacımız var
16-10-2025, 17:56
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
16-10-2025, 11:22
YAP Ramiz Mehdiyevlə bağlı nə vaxt toplanacaq? - Açıqlama
16-10-2025, 09:27
Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
16-10-2025, 09:16
Rusiya və Suriya prezidentləri Kremldə görüşüblər
15-10-2025, 23:49
Vahid Əhmədovdan Ramiz Mehdiyev haqqında - Açıqlama
15-10-2025, 20:22
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
15-10-2025, 18:35
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib - (Yenilənib)
15-10-2025, 16:32
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
15-10-2025, 15:40
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15-10-2025, 15:18
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15-10-2025, 13:59
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
15-10-2025, 12:28
Sabiq nazir: "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir"
15-10-2025, 10:40
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
15-10-2025, 08:15
Tramp Çinin köməyi ilə Rusiyaya sürpriz edə bilər
14-10-2025, 22:49
Adamı yerində belə oturdurlar...
14-10-2025, 17:37
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
14-10-2025, 17:06
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14-10-2025, 14:57
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14-10-2025, 14:41
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14-10-2025, 14:21
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14-10-2025, 12:38
Tramp: Ərdoğanla anlaşa bilirəm, ona Rusiyada da hörmət edirlər
14-10-2025, 11:39
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir
14-10-2025, 11:31
Rusiyanın hərbi obyektlərini iki saata məhv edə bilərlər - Foto
13-10-2025, 21:32
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
13-10-2025, 15:44
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
13-10-2025, 09:54
İndoneziya Azərbaycana yeni səfir təyin edib
13-10-2025, 08:12
Tramp Putinin münaqişəni həll edəcəyinə hələ də inanır
11-10-2025, 17:07
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb