Üç dövlətin başçısı birgə bəyanat verib - Razılaşma
Tarix: 04-04-2018 16:27 | Bölmə: Siyasət
Üç dövlətin başçısı birgə bəyanat verib

Türkiyədə Ərdoğan, Putin və Ruhaninin Suriya ilə bağlı birgə toplantısı başa çatıb.

Görüşdən sonra verilən açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Suriya məsələsi ilə bağlı razılıq əldə etdikləri bildirilib.

Hətta bununla bağlı bəyanat da verilib. Bəyanat deyilir ki, prezidentlər üçlü formatda əməkdaşlığı davam etdirəcəklər:

"Suriyada davamlı atəşkəsə nail olunacaq və biz buna sadiq qalacağıq. Biz Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, onun ərazi bütövlüyünü pozmağa çalışan və qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən separatçıların fəaliyyətinə qarşıyıq. Biz əminik ki, Suriya münaqişəsi hərbi yolla deyil, sülh, siyasi dialoq çərçivəsində həllini tapmalıdır”.

Bəyanatda o da vurğulanır ki, Suriya əhalisinin iradəsi əsasında seçkilərin keçirilməsinə yardım olunmalı, eyni zamanda, BMT-nin nəzarəti altında suriyalıları qane edəcək konstitusiya qəbul olunmalıdır:

"Biz bundan sonra da İŞİD, Nusra-Cəbhəsi və BMT Təlükəsizlik Şıurasının siyahısında yer alan başqa terror təşkilatlarına qarşı birgə mübarizə aparacağıq".

Sonda qeyd olunub ki, növbəti üçtərəfli sammit İranda keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər