ReAL Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək istəmir
Tarix: 10-04-2018 19:53 | Bölmə: Siyasət
ReAL Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək istəmir

Ötən həftə sonu "Facebook" vasitəsi ilə qurultay keçirərək, partiya olduğunu elan edən ReAL siyasi təşkilat kimi Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etməyəcək.

Reyting.az
-ın xəbərinə görə, bunu "BBC Azərbaycanca"ya ReAL-ın Ali Məclis üzvü Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində onlayn qurultay keçirilməsi hüquqi prosedura daxil edilməyib.

N. Cəfərli bildirib ki, ölkədə parlament seçkiləri zamanı proporsional sistem olmadığı üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyə də lüzum görmürlər: "Üzvlərimiz majoritar qaydada parlament seçkilərinə qatılacaqlar".

ReAL rəsmisi deyib ki, partiya kimi formalaşmaq təşkilatın özünə lazım idi: "İstəyirdik, seçkili orqanlar olsun, strukturlaşa bilək".

Ancaq o, ümid edir ki, Azərbaycanda da onlayn qurultay keçirmək kimi qaydalar hüquqi prosedur kimi tanınacaq və o zaman ReAL artıq formalaşmış təşkilat kimi qeydiyyatdan keçəcək: "İndi bizim heç bir rəsmi qurum qarşısında hesabatlılığımız yoxdur, yalnız üzvlərimiz qarşısında hesabat verəcəyik".

Qeyd edək ki, ReAl Hərəkatı partiya olaraq formalaşdığını və bunun internetlə keçirilən qurultay və səsvermə vasitəsilə baş tutduğunu (bazar ertəsi) bəyan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər