“ABŞ, Britaniya və Fransa suveren dövlətə təcavüz edir” – Putin
Tarix: 14-04-2018 12:16 | Bölmə: Siyasət
“ABŞ, Britaniya və Fransa suveren dövlətə təcavüz edir”

Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada bəzi obyektlərə hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.

TASS-ın verdiyi xəbərə görə, V. Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

V. Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər