Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-04-2016 13:21 | Bölmə: Siyasət

Rusiyanın baş naziri Dmitri Medvedev "Rossiya 1” telekanalına verdiyi müsahibədə rəsmi Moskvanın silah satışı ilə bağlı siyasətinə toxunub.
"Əgər Rusiya Ermənistan və Azərbaycana silah satışını dayandırarsa, onun yerini başqa ölkələr tutacaq. Təsəvvür edin ki, Rusiya bu roldan imtina etsə, yer boş qalmayacaq. Tərəflər başqa ölkələrdən silah alacaqlar”,- deyə o bildirib.
Maraqlıdır, Azərbaycan Rusiyadan silah idxalını məhdudlaşdırsa ya da dayandırsa, bu boşluğu necə doldura bilər?
Milli Məclisin Müdafiə, təhlükəsizlikvə korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.
Deputat bildirib ki, Medvedevin açıqlamaları heç kimin indiyə qədər ehtimal etmədiyi məsələləri üzə çıxartdı.
"Bu, Rusiya tərəfinin bölgəyə uzun müddət tətbiq etdiyi fərqli silah siyasətinin nə üçün dəyişdiyi sualına cavabı ortaya qoydu.
Birinci növbədə Lev Roxlini xatırlatmaq istəyirəm. O, Rusiya Dumasında Təhlükəsizlik komitəsinin sədri olub. Roxlin Boris Yeltsinin hakimiyyəti dönəmində Ermənistana 2 milyard dollar dəyərində verilən silahların aşkarlanmasında rol oynadı. Bununla da həyatını təhlükəyə atdı. Məlumdur ki, o, çox müəmmalı şəkildə həyatdan getdi”,- deyə Zahid Oruc xatırladıb.
Parlament üzvü qeyd edib ki, Rusiya iqtisadi-siyasi münasibətlərin ən yaxşı zamanında belə Azərbaycana hərbi partnyor və müttəfiq kimi yanaşmadı. Z.Orucun sözlərinə görə, Rusiya 2010-cu ildən etibarən daha fəal siyasət ortaya qoymağa başladı.
"Medvedev də onu göstərməyə çalışdı ki, bir çoxlarının iddia etdiyi kimi, Rusiya silah bazarında müştərilərini itirmək istəmir. Yəni Rusiya üçün həmin silahların hansı regiona aparılması əhəmiyyətli deyil. Amma Rusiya Azərbaycandan həmin silahların Qarabağ bölgəsində yerləşdirilməməsi barədə öhdəlik ala bilməzdi. Azərbaycanın belə bir borcu yoxdur ki, ermənini Amerika, Rusiya və ya İsrail silahı ilə öldürsün.
Azərbaycan üçün isə ən önəmli məqam odur ki, müasir silahlara, texnikalara olan ehtiyacını ödəmək üçün çoxkomponentli siyasət yürüdür.
Biz sadəcə Rusiyanın verdiyi hərbi resursların ümidinə qalmamışıq. Ancaq biz tutaq ki, yalnız Polşadan və ya Bolqarıstandan bu silahları alsaydıq bu zaman da Ermənistanın əlinə başqa fürsət düşəcəkdi. Yəni birinci Qarabağ müharibəsində olduğu kimi, Rusiya onların əvəzindən müharibə aparsın və əldə edilmiş yüksəklikləri rus ordusu qorusun”.
Deputat bildirib ki, silah bazarı dünyada önəmli yer tutduğundan Hindistan, Pakistan kimi ölkələr belə Rusiya ilə hərbi əməkdaşlıq edir.
Onun dediyinə görə, Medvedevin müsahibəsində bir şey də aydın oldu ki, Rusiya cəbhədə baş verənləri öz kosmik sistemləri ilə daimi müşahidədə saxlayır.
"Bu, faktiki olaraq Azərbaycanda həm hərbi sistemdə olanları, həm də siyasətçiləri düşündürməyə başladı. Onlar "Azərbaycanın coğrafi mövqeləri, hərbi istehkamlar barədə məlumatlar kosmik vasitələrin hesabına düşmən tərəfinə verilə bilərmi?” sualını düşündülər.
Amma etiraf etmək lazımdır ki, başqa ölkələrdən alınan silahların statistikası bilinmədiyindən "bölgədə balans kimin xeyrinədir” ,-sualının kimsə cavabını verə bilmir. Ancaq müşahidələr göstərir ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan qabaqdadır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər