Ermənistanda kütləvi aksiyalar yenidən başlayıb - Şagirdlər də mitinqçilərə qoşulub
Tarix: 02-05-2018 09:50 | Bölmə: Siyasət
Ermənistanda kütləvi aksiyalar yenidən başlayıb

Ermənistan paytaxtında aksiyaçılar bütün mərkəzi yolları bağlayaraq, nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

“Novosti Armenia” agentliyi xəbər verir ki, aksiyanın rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

Əksər rayonlarda metro stansiyaları bağlıdır. İrəvanın Araratuskiy və Armabirskuy ərazilərində isə hərəkət tamamilə dayanıb.

Aksiyaya kütləvi tətil edən şagird və tələbələr də qoşulub.

Etiraz aksiyasının iştirakçıları təxminən bir saatdır, İrəvanın "Zvartnots" hava limanına gedən yolları bağlayıblar.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}