Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-04-2016 12:32 | Bölmə: Siyasət

Ötən illərdə bir neçə dəfə baş tutan iqtidar-müxalifət diqaloqu müxtəlif məsələlərin müzakirəsinə şərait yaradıb. Bu il iqtidar-müxalifət dialoqunun keçirilməsi nə dərəcədə realdır?
Modern.az saytı bu sualla tərəflərə müraciət edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hesab
edir ki, iqtidar-müxalifət dialoquna ehtiyac var:
"Təbii ki, belə bir məqamda iqtidar-müxalifət dialoquna ehtiyac var. Cəbhədə
vəziyyətin gərgin olduğu zamanda bütün müxalifət partiyalarının liderləri
birmənalı olaraq Ordumuzu dəstəklədi. Düşmənə layiqli cavab vermək məsələsində
heç bir parçalanma yoxdur. Amma yaranmış vəziyyət, bundan sonra hansı addımlar
atılmalıdır, milli birlik istiqamətində görüləcək işlər bir araya gəlməklə
müzakirə oluna bilər. Yəqin ki, buna çox böyük ehtiyac var”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, əgər iqtidar istəyirsə, hər zaman olduğu kimi dialoqa hazırdırlar:
"Torpaqları azad etmək hakimiyyətin vəzifəsidir. Hakimiyyətin bu vəzifəsini icra etməsi üçün müxalifət də hər cür dəstək verməlidir. Əgər iqtidarın dialoqa ehtiyacı varsa, müxalifət də buna getməlidir. Əgər iqtidarın siyasi və təbliğat dəstəyinə, canlı qüvvə və maddi dəstəyə ehtiyac varsa, müxalifət bunu verməlidir. Bununla da müxalifət xalq və dövlət qarşısında öz vəzifəsini yerinə yetirmiş olar. Burada nəzəri fikirlər söyləməyə heç bir ehtiyac yoxdur. Torpaqları azad etmək Konstitusiya ilə rəsmi olaraq hakmiyyətin boynuna qoyulub. Bizim borcumuz isə onların vəzifəsini yerinə yetirməyə dəstək verməkdir. Dialoqla da bağlı təkliflərimizi vermişik. Nə zaman hazır olsalar, biz hər zamankı kimi danışığa hazırıq”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sağ müxalifətin hakimiyyətə heç nə verə bilməyəcəyi qənaətindədir:
"Müxalifət hakimiyyətə və xalqa heç nə verə bilməz. Ona görə də bu gün iqtidar-müxalifət dialoqu labüd deyil və buna ehtiyac yoxdur”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı ölkənin həyati əhəmiyyətli anlarında dialoqun vacib olduğunu deyib:
"Belə bir vəziyyətdə təbii ki, iqtidar-müxalifət dialoqunun olması çox vacibdir. Bir halda ki, Müsavat Partiyası Azərbayanın taleyüklü məsələlərində müzakirəyə hər zaman hazır olduğunu bildirib. Qarabağ məsələsi Müsavat Partiyası üçün ən birinci məsələdir. Ona görə də Qarabağa görə müzakirələr olacaqsa, biz mütləq iştirak edəcəyik.

Biz hakimiyyətə paketi təklif etməmişik. Sadəcə olaraq, iqtisadi böhranla bağlı xalqa müraciət etmişik. Ona baxılıb-baxılmamasına rəsmi cavab verilməsə də, bizim qoyduğumuz məsələlərin bəzilərinə əməl olunduğu görünür. Amma hamısı yox, çox kişik hissəsi öz əksini tapıb”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli bu günün reallıqları baxımından iqtidar-müxalifət dialoqunun vacib olmadığı fikrindədir:
"İdeya və arzu baxımından hər zaman iqtidar-müxalifət dialoquna ehtiyac var. Çünki cəmiyyətdə bütün problemlərlə bağlı hər iki siyasi qüvvə masa arxasında müzakirələr aparmalıdır. Xüsusən indiki halda buna ehtiyac var. Ancaq real vəziyyət başqa cürdür. Aktiv fazada atəşkəs elan olunub. Həm Rusiya, həm də Qərb Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasa keçib. Artıq münaqişəni diplomatik aspektdə həll etməyə başlayıblar. Digər tərəfdən isə xalq Azərbaycan ordusunun irəliləməsini çox təqdir edir. Belə olan halda oyunçular və tərəfləri qiymətləndirəndə görürük ki, ən vacib məqamlar olan dövlət rəhbərliyi, beynəlxalq təşkilatlar, regiondakı güclər məsələ ilə məşğuldurlar.

İndiki Azərbaycan şəraitində bir partiya hədsiz qüvvəli, müxalifətin isə hədsiz
dağınıq və zəif olduğundan açğını deyim ki, iqtidar dialoqa həvəsli görünmür.
Çünki xalq birmənalı şəkildə prosesləri dəstəkləyir. Ona görə də ideya
baxımından iqtidar-müxalifət dialoqu gərəklidir, amma bu günün reallıqları
baxımından o qədər də önəmli və vacib deyil”.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki,həmrəylik olan yerdə heç bir dialoq lazım deyil: "Azərbaycandakı bütün siyasi partiyalar son günlər eyni mövqedən çıxış edirlər. Torpaqlarımızın azad olunması, iqtidar-xalq birliyi onu göstərdi ki, bir neçə şəxsi çıxmaq şərti ilə bütün Azərbaycan və ölkədən kənarda yaşayanlar, türk və müsəlman dünyası bizi dəstəklədi. Bu proseslərdə artıq milli həmrəylik var. Həmrəylik olan yerdə başqa dialoqa heç bir ehtiyac yoxdur”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər