Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-04-2016 14:33 | Bölmə: Siyasət

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilatçılığı ilə "Qarabağda son olaylar və vəzifələrimiz” mövzusunda dəyirmi masa keçirilib. VHP-nin qərargahında reallaşan tədbirə müxtəlif siyasi partiyaların nümayəndələri və digər şəxslər qatılıblar.
Şəhidlərimizin ruhuna sayqı duruşu ilə başlayan tədbirdə VHP sədri Sabir Rüstəmxanlı görüləcək işlərdən, dövlət və millət olaraq qarşımızda dayanan vacib vəzifələrdən danışıb.
Sonra Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər mövzu ətrafında məruzə ilə çıxış edib. O , öz təhlilində mövcud durum, hadisələrin siyasi və hərbi inkişafından, dövlət və müxalifət olaraq qarşıda görüləcək əsas məsələlərdən söz açıb.
Hərbi ekspert Üzeyir Cəfərov isə aprel döyüşlərindən, ordumuzun vəziyyəti, hadisələrin baş verə biləcək inkişaf dinamikası haqqında geniş hərbi təhlilini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Mövzu ətrafında Xalq Partiyasının sədri Pənah Hüseyn, Milliyyətçi Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbala Əzimov, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı Arif Hacılı, AXCP-nin sədr müavini Nurəddin Məmmədli, AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu və jurnalist Azər Həsrət öz fikir və mülahizələrini bölüşərək müəyyən təkliflər irəli sürüblər.
Türkiyədən, Kərkükdən, Tatarıstandan olan qonaqların da iştirak etdiyi konrfans sonda müraciətin qəbul edilməsi ilə başa çatıb. Bütün dünya azərbaycanlılarına ünvanlanan bu müraciətdə Azərbaycan xalqının iradəsinin heç bir savaşla və terrorla qırmağın mümkün olmadığı bildirilir.
Müzakirələr zamanı dövləti və milli vəzifələrimizin gələcək istiqaməti ilə təkliflər paketinin hazırlanaraq hökümətə təqdim edilməsi qərara alınıb.




Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər