Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-04-2016 13:56 | Bölmə: Siyasət

Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun rəhbərliyi ilə öz işinə başlayıb.
Cari məsələlərlə bağlı çıxış edən deputat Siyavuş Novruzov son zamanlar Azərbaycanın diplomatik və hərbi sahədə əldə etdiyi uğurları gözü götürməyən qüvvələrin fəaliyyətindən bəhs etdi.
Deputat qeyd etdi ki, bəzi saytlarda ölkəmiz barədə, Milli Məclis barəsində xoşa gəlməyən yazılar gedir:"Dövlət Departamenti Azərbaycan haqqında xeyli xoş sözlər deyib, ancaq müəyyən dairələrin təhriki ilə səslənən qərəzli fikirlər yazılarda başlığa çıxarılır”.
S.Novruzovun sözlərinə görə, aprel döyüşlərinə, şəhidlərə münasibətdə xalq, Milli Məclis üzvləri hakimiyyətlə bir yerdə oldu. Deputat müvafiq qurumları bu kimi materiallar yayan mətbuat orqanları ilə məşğul olmağa çağırdı.
O.Əsədov dedi ki, uğurlarımıza kölgə salanların özləri kölgə altındadırlar: "Ermənistanda çıxan istənilən bir məqaləni burada başlığa çıxarıb birinci səhifədə verirlər. Amma ABŞ-da Azərbaycan haqqında çıxan müsbət məqalələrdən birini də həmin mətbuat orqanları işıqlandırmadı. Bu, özü münasibətin göstəricisidir”.
Deputat Zahid Oruc Qarabağdakı son toqquşmalardan danışdı:"Aprel savaşı sübut etdi ki, "danışıqların alternativi yoxdur” fikri heç də doğru deyil. Yetər ki, Ermənistan və Azərbaycan üz-üzə qalsın və biz qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edək”.
Z.Oruc bildirib ki, Rusiya 4 günlük müharibədə neytral davranmaqla 90-cı illərdən fərqli mövqe nümayiş etdirdi:"Bu gün ermənilər Rusiyaya qarşı etiraz edirlər. Bəlkə ruslar kömək edib biz İrəvanın 20 faziini ələ keçirtmişik? Yetər ki, Rusiya Ermənstanın elektrik enerjisini ikicə gün dayandırsın və biz ərazi bütövlüyümüzü təmin edək”.
Deputat Qarabağ ermənilərinə müraciət etdi:"Azərbaycan Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik üçün təminat verir. Onlara sözümüz budur ki, bizimlə eyni səngərə keçin və silahı Sərkisyana qarşı çevirin!”.
Musavat.com
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər