22 ölkənin başçısı Ərdoğanla görüşə gedir
Tarix: 07-07-2018 14:33 | Bölmə: Siyasət
22 ölkənin başçısı Ərdoğanla görüşə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasiminin və Nazirlər Kabinetinin ilk iclasının vaxtı açıqlanıb.


“Milliyet” xəbər verir ki, andiçmə mərasimi iyulun 9-da, kabinetin ilk iclası isə iyulun 13-də baş tutacaq.

Ərdoğan seçkilərdən sonra ilk dəfə AK parti qrup toplantısında çıxış edərək andiçmə mərasiminə 22 ölkə başçısının, o cümlədən 17 baş nazirin qatılacağını qeyd edib.

Andiçmə mərasimindən sonra həmin gün saat 21-də isə yeni kabinetin üzvlərinin adları açıqlanacaq.

İyulun 13-də isə Nazirlər Kabinetinin yeni hökumətdə ilk iclası keçiriləcək.

Andiçmə gününün sabahı - yəni iyulun 10-da Türkiyə prezidenti ilk xarici səfərinin Azərbaycana və Şimali Kıpr Türk Respublikasına olacağını bəyan edib.

“Bizə yorğun deyənlərin, bizim necə idmançı olduğumuzdan xəbərləri yoxdur”, - Ərdoğan bildirib.

Qeyd edək ki, parlament sisteminin son baş naziri olan Binəli Yıldırım Ərdoğanın çıxışından sonra ondan halallıq istəyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər