Baş katib: “Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsində deyil”
Tarix: 20-12-2022 12:25 | Bölmə: Siyasət
Baş katib: “Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsində deyil”
Stanislav Zas

Ermənistan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Laçın dəhlizindəki vəziyyətlə bağlı müraciət olmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” KTMT Baş katibi Stanislav Zasa istinadla yayıb.

Baş katib deyib ki, Laçın dəhlizi ilə bağlı məsələnin həlli KTMT-nin məsuliyyət dairəsindən kənardadır.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz çıxarılmasına və həyata keçirilən ekoloji terrora etiraz olaraq azərbaycanlı eko-fəallar 12 dekabrdan etibarən Xankəndi-Şuşa yolunda dinc aksiya keçirir.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}