Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb
Tarix: 20-12-2022 19:11 | Bölmə: Siyasət
Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb

Bu gün həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Reyting.az 
xəbər verir ki, Xətai Məhkəməsinin hakimi Bəxtiyar Məmmədov Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılma tələbini təmin etməyib.

Xatırladaq ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}