12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə edib
Tarix: 21-12-2022 14:10 | Bölmə: Siyasət
Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyənin Kayseri şəhərində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, ikitərəfli görüşdə ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}